Azercell-in dəstəyi ilə Azərbaycanı təmsil edən məktəblilərimiz robototexnika müsabiqəsinin final mərhələsində Rookie İnspiration mükafatına layiq görülüb
Digər xəbərlər

Azercell-in dəstəyi ilə Azərbaycanı təmsil edən məktəblilərimiz robototexnika müsabiqəsinin final mərhələsində Rookie İnspiration mükafatına layiq görülüb

"Azercell Telekom"-un dəstəyi "Train Brain" mərkəzinin təşkilatçılığı ilə NASA-nın dünya səviyyəli müsabiqəsinin final mərhələsinə yüksələn məktəblilərimiz vətənə xüsusi mükafatla geri dönüblər. ABŞ-nin Hyuston şəhərində FRC (First Robotic Competition) müsabiqəsinin dünya çempionatında təqdim etdiyi sosial layihələrə görə komandamız Rookie İnspiration mükafatına layiq görülüb. Mechack #9030 dörd gün davam edən final yarışında dünyanın fərqli ölkələrindən 20 illik təcrübəsi olan komandalarla mübarizə aparıb.

Xatırladaq ki, 14-18 yaş arasında olan 22 gəncdən ibarət yığmamız bu beynəlxalq tədbir üçün hazırladıqları robotu Nyu-Yorkda münsiflər heyətinə təqdim etmişdilər nəticələrə əsasən elə ilk cəhddən final mərhələyə çıxmışdılar. Müsabiqədə iştirakçılardan ciddi qaydalar, məhdud vaxt resurslar çərçivəsində robototexnika proqramları vasitəsilə komanda brendinin yaradılması, sənaye ölçülü robotların qurulması proqramlaşdırılması tələb olunurdu.

Ü.QARAYEV,

Respublika”.