“Aztelekom” MMC tərəfindən Oğuz rayonunda yüksəksürətli internet
Region

“Aztelekom” MMC tərəfindən Oğuz rayonunda yüksəksürətli internet

“Aztelekom” MMC Oğuz rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinin 97 faizinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb. Rayon mərkəzi ilə yanaşı, bütün kəndlərdə şəbəkənin tikintisi tam olaraq başa çatdırılıb, vətəndaşların genişzolaqlı internet xidmətlərindən istifadəsi təmin edilib. Qoşulmalar davam etdirilir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumatda qeyd edilir ki, 2017 – 2023-cü illərdə Azərbaycanda ümumilikdə 2,16 milyona yaxın ev təsərrüfatının və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektinin 74 faizini təşkil edir.

“Respulika”.