Bal süzümü başa çatdı
Sosial həyat

Bal süzümü başa çatdı

Son illər ölkəmizdə aqrar sahənin qədim və gəlirli təsərrüfat  növlərindən olan arıçılığın inkişafı mühüm  əhəmiyyət kəsb edir. Təsadüfi  deyil ki, kənd təsərrüfatında  aparılan islahatlar sırasında arıçılığa  çox böyük diqqət  göstərilir, bu sahədə çoxsaylı tədbirlər həyata keçirilir.

Ölkə başçısının  2018-ci il martın 5-də  imzaladığı “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında”  Sərəncamından sonra  bu istiqamətdə işlər daha da canlanıb və geniş miqyas  alıb. Respublikamızda arıçılıqla bağlı aparılan işlərin davamı olaraq Cəbrayılda da böyük uğurlar əldə olunur. Belə ki, bu il Cəbrayıl qəsəbələrində məskunlaşmış keçmiş köçkün arıçılar bu günlərdə növbəti süzümü apararaq 1393 arı ailəsindən 12537 kiloqram bal istehsal etmişlər.

Daha bir sevindirici fakt odur ki, hazırda 837 arı ailəsi işğaldan azad olunmuş Cəbrayıl rayonunda,  83 arı ailəsi isə Laçın rayonunda saxlanılır.

Tofiq HÜSEYN,

“Respublika”.