İdman

"Barselona"nın futbolçusu zədə səbəbilə El Klasikonu buraxacaq

İspaniya La Liqasının IX turunda "Qranada" ilə heç-heçə (2:2) etdikləri oyunda zədələnən "Barselona"nın futbolçusu Jül Kundenin durumuna aydınlıq gəlib.

"Respublika" "Skysports" nəşrinə istinadən xəbər verir ki, sol dizindən xəsarət alan 24 yaşlı müdafiəçi beş həftə sonra yaşıl meydanlara qayıda biləcək.

Fransalı oyunçu "Real"a qarşı El Klasikonu da buraxacaq.

Qeyd edək ki, Jül Kunde komanda yoldaşı Qavi ilə toqquşduqdan sonra zədələnib və 44-cü dəqiqədə əvəzlənib. Oktyabrın 28-də oynanılacaq "Barselona" - "Real" görüşü Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.