AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb
İdman

AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA-dan yeni təyinat alıb.

"Respublika" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının qrup mərhələsində Qazaxıstanda “Astana” və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandaları arasında keçiriləcək oyunun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 30-da Astanada baş tutacaq.