Baş prokuror Ağcabədi rayonunda vətəndaşları qəbul edib
Digər xəbərlər

Baş prokuror Ağcabədi rayonunda vətəndaşları qəbul edib

Aprelin 7-si Baş prokuror Kamran Əliyev Ağcabədi rayon prokurorluğunun inzibati binasında Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Xocavənd Laçın həmçinin, digər rayonlardan olan vətəndaşları qəbul edib.

Baş Prokurorluqdan verilən məlumata görə, qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.

Qəbulda iştirak edən 46 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi ilə bağlı, mülki xarakterli mübahisələrlə əlaqədar sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.

Qəbuldan sonra Baş prokuror əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.

Ülvi QARAYEV,

Respublika”.