Baş Prokurorluq: Ekspertizalar yalnız ölkə daxilində həyata keçirilir
Gündəm

Baş Prokurorluq: Ekspertizalar yalnız ölkə daxilində həyata keçirilir

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin aşkar olunmuş meyit qalıqları ilə bağlı aparılan ekspertizalar yalnız ölkə daxilində həyata keçirilir.

"Respublika" xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin əməkdaşı Selcan Familzadə aprelin 30-da keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bunun üçün bütün zəruri və mütəxəssislər, təcrübəli, ixtisaslı ekspertlər var:

“Daha konkret desək, təyin olunmuş ekspertizların icrası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinə və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinə tapşırılıb”.