Bayramla əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalışacaq
Məlumat

Bayramla əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalışacaq

Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidmətindən "Respublika"ya verilən məlumata görə, qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq.

Bakı şəhərində 138 təcili tibbi yardım briqadası xidmətə hazır vəziyyətə gətirilib. Onlar tibbi ləvazimatlarla, eləcə də dərman preparatları və sair ilə tam təmin edilib.

Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində həm xarici ölkələrdən, həm də bölgələrdən xüsusilə Bakı şəhərinə gələn qonaqların sayında artım müşahidə olunduğu üçün təchizat və təlimat buna uyğun təşkil ediləcək.