Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin icraçı direktoru Mohammed Jameel Al Ramahidən
Məktublar

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin icraçı direktoru Mohammed Jameel Al Ramahidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Altmış illik yubileyiniz münasibətilə səmimi təbriklərimizi qəbul edin. Sizə və ailənizə möhkəm cansağlığı, firavanlıq arzulayıram.

Siz Azərbaycanın müdrik liderisiniz və ölkənin iqtisadiyyatının inkişafı, beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə etmisiniz.

Zati-alinizin göstərdiyi səylər “Masdar” şirkəti olaraq bizi çox ruhlandırır. Biz Azərbaycanda bərpa olunan və davamlı enerjinin strateji inkişafı ilə bağlı prioritetlərinizə uyğun olaraq məqsəd və planların uğurla həyata keçirilməsinə töhfə verməkdə maraqlı olduğumuzu bildirmək istərdik.

Həmçinin bu fürsətdən istifadə edərək, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Zati-alinizi, ailənizi və qardaş Azərbaycan xalqını bir daha təbrik edirəm.

Hörmətlə, 

Mohammed Jameel Al Ramahi

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin icraçı direktoru