BOLQARISTAN
Digər xəbərlər

BOLQARISTAN

Bolqarıstan Respublikası Avropanın cənubunda, Balkan yarımadasında, Qara dəniz sahilində yerləşir. V əsrin ortalarında Oğuz türkləri Qara dənizin şimal sahillərinin türkləri ilə qarışaraq "bulqar" adlandırılmışlar. Qərbi Göytürk xaqanlığının süqutundan sonra Qara dənizin şimal sahillərində bolqarlar Böyük Bolqar dövlətini yaratdılar.

Ümumi ərazisi 110,994 kvadratkilometr olan Bolqarıstan Avropanın ən böyük ölkələrindəndir. Bolqarıstan şimalda Rumıniya, qərbdə Serbiya Makedoniya, cənubda Yunanıstan Türkiyə ilə həmsərhəddir. Məşhur Balkan, Rodop Rila dağları ölkənin relyef formalarını müəyyən edir. Rila dağındakı Musala zirvəsi isə Şərqi Avropanın ən hündür nöqtəsidir. Balkan yarımadasının şərq hissəsində yerləşən Bolqarıstan həm Balkan, həm Dunay, həm slavyan-pravoslav dövləti kimi tanınır. Bu səbəbdən dünyada üç fərqli coğrafi xüsusiyyətə malik yeganə ölkədir. Bolqarıstan Respublikasının paytaxtı Sofiya, rəsmi dövlət dili isə bolqar dilidir. Parlament formasında idarəetmə üsuluna malik olan respublikanın Müstəqillik Günü (1908) sentyabr ayının 22- qeyd olunur. Bolqarıstan dini etiqad azadlığına malik dünyəvi dövlətdir. Əhalisinin 70 faizindən çoxu pravoslavlığı qəbul edib. Bolqarların əcdadları qədim mütərəqqi sivilizasiya olan trakiyalılardır slavyanlar Trakiya vətəndaşları ilə qarışaraq Bolqarıstanın müasir əhalisini yaradıblar. Bolqarıstanda kontinental iqlim hökm sürür. Ölkənin əsas mineral ehtiyatları boksit, mis, qurğuşun kömürdür. Neftlə o qədər zəngin olmayan Bolqarıstanın 15 milyon barel neft ehtiyatına malik olduğu təxmin edilir. Təbii qaz ehtiyatı 1,5 illik orta istehlakı ödəyəcək səviyyədədir. Bolqarıstanın meşələri 4,1 milyon hektar ərazini tutur. Meşə sahəsinin 32 faizini iynəyarpaqlılar təşkil edir. Bolqarıstan üç fərqli iqlim tipinin kəsişdiyi ərazidə yerləşdiyi üçün meşələrində dəniz iqliminə xas bitki ağac növlərinə rast gəlinir. Bolqarıstan bitki heyvan növlərinin müxtəlifliyinə görə digər Avropa ölkələri arasında birinci yerdədir. Əkin sahələri sıx olan ölkənin kənd təsərrüfatının əsasını tərəvəz, meyvə, tütün, buğda, arpa, günəbaxan şəkər çuğunduru istehsalı təşkil edir. Ölkədə alma üzüm daha çox yetişdirilir ki, onun da böyük hissəsi mühüm ixrac məhsulu olan şərab istehsalı üçün istifadə edilir. Ümumi ərazinin təxminən 30 faizini təşkil edən 5,3 milyon hektar əkin sahəsinə malik Bolqarıstanın ən mühüm kənd təsərrüfatı məhsulu ölkənin şimal-şərqindəki Dobruca bölgəsində yetişdirilən buğdadır. Ölkədə arpa qarğıdalı istehsalı da önəm daşıyır.

Qədim adət-ənənələri olan ölkə gözəl rəngarəng milli geyimləri, sənət nümunələri, zinət əşyaları, memarlıq abidələri ilə zəngindir. Bolqarıstanın bütün şəhərlərində müxtəlif musiqi teatr festivalları keçirilir. Burada iyun ayının ilk şənbə-bazar günlərində hər il ənənəvi olaraq sevgi gözəlliyin rəmzi olan məşhur "Qızılgül" festivalı qeyd olunur. Bu qeyri-adi maraqlı bayram 1903- ildən Karlovo Kazanlak şəhərlərində növbə ilə keçirilir.

Bolqarıstanın xarici siyasətinin əsas məqsədi ölkə vətəndaşlarının təhlükəsizliyini, sosial iqtisadi maraqlarını qorumaq, ölkənin geosiyasi vəziyyətinə müvafiq olaraq iqtisadi, siyasi hərbi mənafeyini, strateji maraqlarını müdafiə etməkdir. Bunları həyata keçirmək üçün Bolqarıstan hökuməti müasir mərhələdə beynəlxalq aləmdə ikitərəfli çoxtərəfli münasibətlərin inkişafına, mehriban qonşuluq regional əməkdaşlığa, parlamentlərarası diplomatiyanın genişlənməsinə, iqtisadi mədəni əlaqələrin dərinləşməsinə üstünlük verir. Bolqarıstanın başqa ölkələrlə iqtisadi mədəni əlaqələrinin genişlənməsində turizm mühüm yer tutur.

Azərbaycanla Bolqarıstan arasında mədəni əlaqələr inkişaf etməkdədir. İki ölkə mədəniyyət, təhsil idman sahəsində əməkdaşlıq edir.

Bolqarıstan Respublikası 1992-ci il yanvarın 14- ölkəmizin müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5- qurulmuşdur. Bolqarıstan Azərbaycan arasında əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayır. 1995-ci ilin 29-30 iyun tarixlərində ümummilli lider Heydər Əliyevin Bolqarıstana ilk rəsmi səfəri baş tutmuşdur. Səfər zamanı Azərbaycanla Bolqarıstan arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində imzalanan müqavilələri yüksək qiymətləndirən ulu öndər ölkələr arasında münasibətlərin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir. Bolqarıstan Respublikasının sabiq prezidenti Pyotr Stoyanov 1998-ci il 7-8 sentyabr tarixlərində Bakıda keçirilən tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfransda iştirak etmək üçün işgüzar səfərə gəlmişdir. İki ölkə arasında dostluq əlaqələrinin əməkdaşlığın möhkəmləndirilməsi, Xəzər dənizinin enerji resurslarının istifadə edilməsi ilə bağlı problemlər, Böyük İpək Yolu proqramının reallaşması digər məsələlər müzakirə olunmuşdur. 1999-cu il 28 may tarixində isə Heydər Əliyev iki ölkə arasında hüquqi-iqtisadi, elmi-texniki əməkdaşlıq üzrə birgə komissiyanın yaradılması haqqında qərar vermişdir.

2004- il oktyabrın 7- Bolqarıstanın keçmiş prezidenti Georgi Pirvanovun Bakıya rəsmi səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in sədri olan Bolqarıstanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində böyük səy göstərdiyini vurğulamış, həmçinin iki ölkə prezidentlərinin iştirakı ilə geniş heyətdə ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilmişdir.

Ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində, bu əlaqələrin yeni mərhələyə qədəm qoymasında, strateji əməkdaşlıq səviyyəsinə çatdırılmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bolqarıstan Respublikasına rəsmi səfəri böyük rol oynamışdır. 2005-ci ilin 23-24 sentyabr tarixlərində ölkə başçımızın Bolqarıstana səfəri iki ölkə xalqlarının yaxınlaşması istiqamətində mühüm hadisə olmuşdu. Görüş zamanı bolqar rəhbərliyi bu səfəri yüksək qiymətləndirdiyini söyləmiş ölkələr arasında münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir. İqtisadi, siyasi, mədəni humanitar əlaqələrin genişlənəcəyinə zəmin yaradan ikitərəfli sənədlərin Azərbaycan-Bolqarıstan münasibətlərinin inkişafına yeni impuls verəcəyini ifadə etmişdir. Həmin səfər zamanı Prezident İlham Əliyev gələcəkdə bütün münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanlar olduğunu bu imkanlardan istifadə etməyin vacibliyini vurğulamışdır.

2015-ci ilin noyabrında dövlət başçısının Bolqarıstana daha bir rəsmi səfəri olub. 2017-ci il oktyabrın 13- isə Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Ticarət əlaqələri ölkələr arasında iqtisadi münasibətlərin mühüm hissəsini təşkil edir. Azərbaycanın Bolqarıstanda, Bolqarıstanın isə Azərbaycanda ticarət nümayəndəliyinin açılması iqtisadi münasibətlərin inkişafına genişlənməsinə imkan verir. 2002-ci ilin 29-30 iyun tarixlərində Sofiyada ticarət-iqtisadi elmi-texniki əməkdaşlıq üzrə müştərək hökumətlərarası komissiyanın iclası zamanı ölkələr ticarət, nəqliyyat, energetika, sənaye, kənd təsərrüfatı, tikinti, sığorta digər sahələr üzrə ikitərəfli münasibətlərin aktivləşdirilməsi barəsində bir sıra tədbirlər planlaşdırmışdır. Ölkə başçımızın Bolqarıstana səfəri zamanı kənd təsərrüfatı, gömrük əməkdaşlığı turizmin inkişafı sahələrində, habelə, ikitərəfli vergilərdən yayınma sahəsində dövlətlərarası razılaşmalar imzalanmışdır.

İki ölkə arasında energetika sahəsində əməkdaşlıq strateji səviyyəyə çatmışdır. Bolqarıstan Cənub Qaz Dəhlizinin üzvüdür bu layihə 7 ölkəni birləşdirir. "Şahdəniz" yatağından qaz artıq Avropa ölkələrinə çatdırılır. Nəqliyyat sahəsinin inkişafı hər iki ölkə üçün prioritet təşkil edir. Bu mənada, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı hər iki ölkə üçün böyük tarixi əhəmiyyət daşıyır. Bu layihənin həyata keçirilməsi Bolqarıstanın Azərbaycan tərəfdən Avropa İttifaqı bazarına giriş, Azərbaycanın isə Bolqarıstan üçün Mərkəzi Asiya regionuna çıxış imkanı kimi rolunu daha da artırmışdır.

2003- ildə Bolqarıstanda əcnəbilərin iştirakı ilə Azərbaycan dostluq cəmiyyətləri qeydiyyatdan keçmişdir. Bolqarıstanın Qabrovo şəhəri ilə Şəki şəhəri arasında, Varna ilə Gəncə, Burqas ilə Sumqayıt Veliko Tırnovo ilə Naxçıvan arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasına dair protokol imzalanmışdır. Paytaxt Sofiyanın tələbə rayonunda Bakı küçəsinin təntənəli açılışı baş tutmuşdur. Həmin tədbirdə çıxış edən cənab İlham Əliyev Sofiya şəhərinin küçələrindən birinin Bakının şərəfinə adlandırılmasını da yüksək qiymətləndirmişdir.

Humanitar sahədə əməkdaşlığımız yüksək templə irəliləyir. Bolqarıstanın Veliko Tırnovo şəhərində yerləşən "Trapezitsa" Memarlıq Muzeyi Qoruğu Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunub. 2016- il sentyabrın 22- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fondun vitse-prezidenti Leyla Əliyeva bu qoruğun açılış mərasimində iştirak ediblər. Həmçinin, dahi Azərbaycan şairi Nizami Gəncəvinin şeirləri hələ XIX əsrdə bolqar dilinə tərcümə edilərək nəşr olunub bolqar ədəbiyyatının klassikləri İvan Vazov, Xristo Botev, Emiliyan Stanev bir çox başqalarının əsərləri Azərbaycan dilinə tərcümə edilib.

Ölkələrimiz arasında elm təhsil sahəsində əlaqələr genişdir. Bakı Slavyan Universitetində bolqar dili, tarixi, mədəniyyəti tədris edilir. 2004- ildə bolqar dili mədəniyyəti mərkəzi fəaliyyətə başlayıb. Sofiya Universitetində Azərbaycan dili mədəniyyəti mərkəzi 2013- ildə yaradılıb.

Azərbaycanla Bolqarıstan arasında informasiya sahəsində əməkdaşlıq uğurla inkişaf edir. 2004- il oktyabrın 7- Bakı şəhərində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Bolqarıstanın Xəbər Agentliyi (BTA) arasında Əməkdaşlıq haqqında Saziş imzalanıb.

2022-ci il oktyabrın 1- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfəri baş tutmuşdur. Tarixi əhəmiyyət daşıyan səfər zamanı ölkə başçımızın paytaxt Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində iştirakı mühüm əhəmiyyət kəsb etmişdir.

11 mart 2023- il tarixində ölkəmizdə səfərdə olan Bolqarıstan prezidenti Rumen Radevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə videokonfrans formatında görüşü baş tutmuşdur. Konfransda enerji, nəqliyyat, təbii qaz təchizatı, kənd təsərrüfatı digər sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparılmış, Avropanın yeni qaz konnektorunun inşası məsələsinə toxunulmuşdu. Həmçinin nəqliyyat sahəsində əməkdaşlıqla bağlı Bolqarıstandan Azərbaycan ərazisindən Orta Asiya ölkələrinə tranzit yüklərin həcminin artırılması məsələləri müzakirə olunmuşdur.

Bütün bunlar bir daha onu göstərir ki, dərin köklərə malik Azərbaycan Bolqarıstan xalqlarının əlaqələri bundan sonra daha yüksək səviyyədə inkişaf edəcək.

Arzu ASİFQIZI,

"Respublika".