Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlzdan
Məktublar

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlzdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Mən çətinliklərin yaşandığı indiki dövrdə ölkələrimiz arasında mehriban dostluğun və güclü tərəfdaşlığın davam edəcəyinə ümidvar olduğumu bildirmək istərdim.

Hörmətlə,

Əlahəzrət III Çarlz

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı