Böyük Qayıdışa hazırlaşan Laçın
MÜSAHİBƏLƏR

Böyük Qayıdışa hazırlaşan Laçın

Tarixi qələbəmiz 44 günlük müharibədə Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi idi. Laçın şəhərinin cənub hissəsi, Güləbird digər bir neçə kənd döyüş meydanında, qalan hissəsi isə siyasi yolla azad edildi. Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxardı. 10 noyabr Bəyanatına əsasən, Laçın rayonu 1 dekabr tarixində boşaldıldı.

Bundan sonra şəhərin yenidənqurma bərpa işləri başladı. Siyasi ekspert Asif Nərimanlı bildirir ki, müharibədən sonra ən əsas məsələ keçmiş məcburi köçkünlərin bölgəyə yerləşdirilməsidir. Şərtlərin çətin olmasına baxmayaraq, hazırda Azərbaycan bütün öz infrastrukturlarından istifadə edərək Qarabağda şəhərlər salır: "Əlbəttə, insanların həmin torpaqlara qayıtmadığı müddətdə oraların tam olaraq dirçəldilməsi mümkün deyil. Əldə etdiyimiz qələbəni qoruya bilməyimizin əsas amillərindən biri elə insanların öz evlərinə qayıtması orada yenidən yaşayıb, qurub-yaratmasıdır.

Azərbaycan dövləti müharibədən sonra qısa müddət ərzində bu istiqamətdə çalışır burada ən önəmli məsələ odur ki, ölkəmiz bunları öz hesabına edir. Dövlətimiz çalışır ki, xarici investisiyaları buraya cəlb etsin, bu məqsədlə müəyyən şirkətlərlə, xarici ölkələrlə əlaqələr qurulub əməkdaşlıq müqavilələri imzalanıb. Amma yenə yükün böyük hissəsi Azərbaycanın üzərinə düşür. Artıq qısa müddətdə kifayət qədər irəliləyiş var, ancaq azad olunmuş ərazilərdə minalar tam təmizlənməyib. Ermənistan tərəfi isə minaların dəqiq xəritəsini hələ verməkdən imtina edir, verdikləri isə ya yanlışdır, ya da ümumi xəritələrdir. Əlbəttə, Ermənistanın əsas məqsədi insanlarımızın öz evlərinə qayıtma prosesini ləngitməkdir. Bu isə onun qisasçı xislətindən irəli gəlir. Bütün bu çətinliklərə, mina xəritələrinin verilməməsinə, gizlin yolla təxribatlar törədilməsinə, həmçinin yenidənqurma işlərində əsas yükün Azərbaycanın üzərinə düşməsinə baxmayaraq, görülən işlər onu deməyə əsas verir ki, istəyimizə çatacağıq. İstər beynəlxalq hava limanlarının tikilməsi, istər yolların çətin şəraitdə çəkilməsi, istərsə ən son texnologiyalarla orada quruculuq işlərinin görülməsi ciddi addımlar atıldığının göstəricisidir. Hesab edirəm ki, görülən işlərin bu sürətlə inkişafı yaxın müddətdə keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtmasına imkan verəcək.

Qeyd edək ki, hazırda Laçında işlər sürətlə davam edir. Prezident İlham Əliyev bildirib ki, ilkin mərhələdə şəhərdə 500-ə yaxın fərdi ev inşa edilir ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur, 30-dan çox ictimai bina inşa edilir. Bu ilin sonuna qədər gələn il Laçına təqribən 10 mindən çox keçmiş məcburi köçkünün yerləşdiriləcəyi nəzərdə tutulub.

Töhfə SƏMƏDOVA,

"Respublika".