Oktyabrın 11-də Azərbaycanda 511 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 226, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 285 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 997 min 289, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 889 min 404, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 107 min 885 nəfər təşkil edir.
AZƏRTAC