Cemal Smajik: Seçkilər insidentsiz, ölkə qanunvericiliyinə və beynəlxalq standartlara uyğun keçdi
Siyasət

Cemal Smajik: Seçkilər insidentsiz, ölkə qanunvericiliyinə və beynəlxalq standartlara uyğun keçdi

Bosniya və Herseqovina parlamentinin nümayəndə heyəti növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın 8-də mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin rəhbəri Cemal Smajik seçkilərin insidentsiz, ölkə qanunvericiliyinə və beynəlxalq standartlara uyğun keçdiyini deyib.

Bildirib ki, səsvermə zamanı müşahidə etdiklərindən məmnun qalıblar.

"İnsanların ruh yüksəkliyi və çox rahat şəkildə məntəqələrə gələrək səs verməsi prosesin ədalətli və rahat keçməsini deməyə imkan verir. Hər şey qanunvericiliyə və qaydalara uyğun təşkil edilib. İnanırıq ki, Azərbaycan öz keçmişini qoruyub saxlamaqla parlaq gələcəyini də qura biləcək", - deyə Cemal Smajik vurğulayıb.