Cənubi Qafqaz Boru Kəmərinə bu il çəkilən xərclərin həcmi açıqlanıb
İQTİSADİYYAT

Cənubi Qafqaz Boru Kəmərinə bu il çəkilən xərclərin həcmi açıqlanıb

Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 39 milyon dollar, əsaslı xərclər isə 3 milyon dollardan çox olub.

“Respublika” xəbər verir ki, bu barədə BP-nin cari ilin birinci yarısının yekun hesabatında bildirilib.  

2023-cü ilin ilk altı ayı ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 60,7 milyon kubmetr olub.

Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.