Çiyid səpini davam edir
Region

Çiyid səpini davam edir

Beyləqan

Pambıqçılığın inkişaf etdiyi Beyləqan rayonunda bir neçə gündür çiyid səpini başlayıb. Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Xalid Məmmədovdan aldığımız məlumata görə, rayonda əkinəyararlı 49160 hektar suvarılan sahə var. Ötən təsərrüfat ilində Beyləqanda 7218 hektarda pambıq əkilib-becərilmiş, 21606 tona yaxın "ağ qızıl" toplanıb. Məhsuldarlıq hər hektardan 32,13 sentner olub.

Cari ildə rayonda 8637,3 hektar sahədə pambıq əkinini həyata keçirmək üçün fermerlərlə müqavilə bağlanıb. Fermerlər "MKT İstehsalat Kommersiya" MMC, "Azərpambıq ASK" MMC, "P-AQRO" MMC ilə əkin üçün müqavilə bağlayıblar. Artıq 377,8 hektar çiyid səpini aparılıb. Qeyd edək ki, Beyləqan rayonunda bu il 635 hektarı arat üsulu ilə, qalan sahələrdə çiyid səpini səp-suvar üsulu ilə həyata keçirilir. Fermerlər əsasən qardaş Türkiyədən gətirilmiş "Lazer"," May-545" və "Bəyaz altun-440" məhsuldar toxum sortlarından istifadə edirlər.

Ərəstun ABDULOV,

"Respublika".