Cocuq Mərcanlıda yeni istehsal müəssisəsi
Region

Cocuq Mərcanlıda yeni istehsal müəssisəsi

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni istehsal müəssisəsi fəaliyyətə başladı. Bu barədə Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu müəssisədə səhiyyə təşkilatları üçün müvafiq geyimlər istehsal olunur.

Yeni fəaliyyətə başlayan istehsalat sahəsində Cocuq Mərcanlı kənd sakini olan 8 xanım işlə təmin olunub. Qeyd edək ki, Cocuq Mərcanlı xanımlarının hazırladıqları bu məhsullar ölkənin müxtəlif tibb müəssisələrinə çatdırılır. Yaxın gələcəkdə sifarişlərin həcminin artması gözlənilir. İşin həcmi böyüdükcə yeni işçilərin müəssisəyə cəlb edilməsi planlaşdırılır.

Tofiq HÜSEYN,

“Respublika”.