Daxili işlər naziri Sabirabadda vətəndaşlarla görüşüb
Sosial həyat

Daxili işlər naziri Sabirabadda vətəndaşlarla görüşüb

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 17- Sabirabad Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, əvvəlcə Sabirabad şəhərindəki Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edən nazir onun əziz xatirəsini ehtiramla yad edib.

Sonra rayon polis şöbəsinin inzibati binasında İmişli, Beyləqan, Füzuli, Xocavənd, Saatlı Sabirabad rayonlarından qəbula gələn 132 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə idarə rəislərinə tapşırıqlar verib.

Qeyd olunur ki, müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.

Mustafa KAMAL,

Respublika”.