Dimitri Genegi: 36 il əvvəl imzalanan dekolonizasiya sazişi hələ də həyata keçirilməyib
Siyasət

Dimitri Genegi: 36 il əvvəl imzalanan dekolonizasiya sazişi hələ də həyata keçirilməyib

Parisdə keçirilən kollokvium Yeni Kaledoniya kontekstindən, onun siyasi tarixindən, əcdadlarımızın imzaladığı sazişdən, xüsusilə də Kanaky - Yeni Kaledoniyanın gələcəyindən danışmaq üçün bir platformadır. Çıxış edənlər adanın müstəqilliyi, suverenliyi istiqamətində atılacaq addımları, eləcə də Fransa dövləti ilə münasibətlərdən söz açdılar.

Bu fikirləri AZƏRTAC-a Fransa Milli Assambleyasında keçirilmiş "Kanaky - Yeni Kaledoniya üçün hansı gələcək?" adlı kollokviumun iştirakçısı, kanak xalqının nümayəndəsi Dimitri Genegi söyləyib.

"36 il əvvəl sülh, dekolonizasiya razılaşması olan Numea sazişi imzalandı. Ancaq bu gün həmin sazişlə razılaşdırılan məsələlər hələ də həyata keçirilməyib. Müstəqilliyimiz, suverenliyimiz kimi məsələlərlə bağlı müzakirələr hər dəfə təxirə salınır. İndi də suverenliyimizin bərpasını təxirə salmaq istəyirlər. Buna son qoymaq lazımdır", - deyə D.Genegi bildirib.