DİN-də
Digər xəbərlər

DİN-də "Heydər Əliyev İli"nə həsr olunmuş tədbirlər davam edir

Mayın 6-da Daxili İşlər Nazirliyində (DİN) Ulu Öndərin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

DİN-in mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Azərbaycan dövlətinin memarı qurucusu, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə nazirliyin rəhbər heyəti, əməkdaşları hərbi qulluqçuları Fəxri xiyabana gələrək Ulu Öndərin abidəsi önünə çiçək dəstələri düzüblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edilib.

Ümummilli Liderin yubileyinə həsr olunmuş tədbir nazirlikdə davam etdirilib.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Ulu Öndər Heydər Əliyevin yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq birliyin tam bərabərhüquqlu üzvünə çevrilməsində, demokratik imicinin yüksəldilməsində, ümumən dövlətçilik tarixində müstəsna xidmətləri barədə ətraflı danışıb. Nazir Ümummilli Liderin daxili işlər orqanlarının formalaşmasında inkişafında rolunu, şəxsi heyətə diqqət qayğısını xüsusi vurğulayıb.

Tədbir iştirakçıları qarşısında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri, professor Ədalət Qasımov "Azərbaycan xalqının tarixi taleyində Heydər Əliyev fenomeni" mövzusunda əhatəli çıxış edib.

Tədbirdə Ümummilli Liderin zəngin həyat yolundan fəaliyyətindən bəhs edən "Heydər Əliyev 44 günlük Zəfər Yolu" sənədli filmi nümayiş olunub.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan olunmuş "Heydər Əliyev İli" çərçivəsində silsilə tədbirlər nazirliyin Polis Akademiyasında, Ali Hərbi Məktəbində, Əlahiddə Çevik Polis Alayında, Bakı Şəhər Baş Polis İdarəsində, ərazi polis orqanlarında hərbi hissələrində keçirilib, həmçinin konfranslar, intellektual yarışlar, idman turnirləri, müsabiqələr, ağacəkmə aksiyaları təşkil edilib.

Ülvi QARAYEV,

Respublika”.