DİN: Füzuli rayonunda yük avtomobillərindən oğurluq edilib
Digər xəbərlər

DİN: Füzuli rayonunda yük avtomobillərindən oğurluq edilib

Füzulidə yük avtomobillərindən təkər diski, şin və akkumulyatorlar oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Respublika”ya məlumat verilib.

Bildirilib ki, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 22-də Kərimbəyli kəndi ərazisindəki şirkətlərdən birinə məxsus 20 yük avtomobilindən 72 təkər diski, şinləri və 33 akkumulyator oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Vüsal Bədəlov müəyyən olunaraq saxlanılıb.