Dövlət Xidməti ağacəkmə aksiyası keçirdi
Sosial həyat

Dövlət Xidməti ağacəkmə aksiyası keçirdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobu qəsəbəsində yerləşən Mərkəzi Çağırış Məntəqəsi Kompleksinin ərazisində və ətrafında ağacəkmə aksiyası baş tutub. Aksiya Prezident İlham Əliyev tərəfindən elan edilən “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlər planına uyğun olaraq həyata keçirilib. Tədbirdə Dövlət Xidmətinin rəhbərliyi və aparatın əməkdaşları iştirak edib. “Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət verən Ulu Öndərin əziz xatirəsini yad etmək, dahi liderin yaşıllaşdırma ənənələrini davam etdirməkdir. Ümumilli Liderin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qeyd edək ki, ağacəkmə aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

M.Mirzə,

“Respublika”.