“Açıq mikrofon” aksiyası
Sosial həyat

“Açıq mikrofon” aksiyası

SOCAR “Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyası bu dəfə Salyan rayonunda təşkil olunub. “Azəriqaz” İB-nin məlumat xidmətindən bildirilir ki, “Səyyar qəbul otağı”nda səslənən müraciətlər əsasən qaz xəttinin yerinin dəyişdirilməsi, debitor borcun araşdırılması, qaz sayğacının yerinin dəyişdirilməsi kimi məsələlərlə bağlı olub. Ünvanlanan müraciətlərlə bağlı Salyan RQİİ-nin rəhbər şəxsləri tərəfindən aksiya iştirakçılarına ətraflı məlumat verilib. Həmçinin bəzi problemlərin araşdırılması qeydiyyata alınıb.

Əli SADIQOV,

“Respublika”.