Druskininkay kurortunun müalicə imkanları genişdir
Səhiyyə

Druskininkay kurortunun müalicə imkanları genişdir

 Bakıda "Landmark" oteldə "Litva sağlamlıq və müalicə turizmi" adlı tədbir keçirilir. 

"Respublika" xəbər verir ki, tədbir çərçivəsində, Druskininkayın vitse-meri Linas Urmanavicius Litvadakı “Druskininkay” kurortu barədə məlumat verib. Əsasən mədə-bağırsaq və tənəffüs xəstəliklərinin müalicəsi üçün üz tutulan bu məkanın üstünlükləri diqqətə çatdırılıb:
“Kurortun əsas təbii müalicəvi amilləri müxtəlif mineralizasiyaya malik mineral sular və torf palçığıdır. Kurort bir vaxtlar dənizi qurudan ayıran zolağın keçdiyi yerdə yerləşir”.

Nəzrin ELDARQIZI,

"Respublika".