Dünya Kuboku: Azərbaycan triatlonçusu bürünc medal qazanıb
İdman

Dünya Kuboku: Azərbaycan triatlonçusu bürünc medal qazanıb

Çinin Çendu şəhərində keçirilən Triatlon üzrə Dünya Kubokunda Azərbaycan yığmasının üzvü Rostislav Pevtsov bürünc medal qazanıb.

"Respublika" xəbər verir ki, gərgin mübarizə şəraitində keçən yarışda finişə eyni göstəricilərlə çatan ikinci və üçüncü yerlərin qalibləri “Foto finish” ilə təyin olunub.

Qeyd edək ki, Rostislav Pevtsov yarışın qalibindən cəmi 6 saniyə geri qalıb.