Dünyada ən qədim insan izlərindən biri tapılıb
Elm

Dünyada ən qədim insan izlərindən biri tapılıb

Alimlər Mərakeşdə yer üzündəki ən qədim insan izlərindən birini aşkar ediblər.

"Respublika" xəbər verir ki, bu kəşf haqqında elmi məqalə Scientific Reports jurnalında dərc olunub.

Fransanın Cənubi Brittani Universitetindən Munsef Sedratinin başçılıq etdiyi beynəlxalq antropoloqlar qrupu Afrika ölkəsinin şimal-qərb sahillərində 85 izdən ibarət iki cığır kəşf edib. Tapılmış artefaktların yaşı təxminən 90 min ildir. Alimlərin fikrincə, son Pleystosen epoxasından müxtəlif yaş qruplarından azı beş nəfər iz qoyub.

Tapıntının yaşı optik stimullaşdırılmış lüminesans üsulu ilə müəyyən edilib. Elm adamları ayaq izlərinin tapıldığı çimərliyin unikal yerinə diqqət çəkiblər. O, gil çöküntüləri ilə örtülmüş qayalı platformada yerləşir və bu, onların bu qədər yaxşı qorunub saxlanmasına imkan verib.