Dünyaya örnək Lider
Siyasət

Dünyaya örnək Lider

Ali Sovetin 1993- il 24 iyun tarixli iclasında Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul olundu

Keçmiş SSRİ-nin dağılması bir çox dövlətin müstəqilliyini bərpa etməsinə, eləcə yeni reallıqların formalaşmasına şərait yaratmışdır. Bu cür mürəkkəb situasiyada olan ölkələrdən biri Azərbaycan idi. Dövlətimiz 1991-ci ildə öz müstəqilliyini bərpa etməyə nail olsa da, ölkə daxilində tüğyan edən xaos, təsadüfi şəxslərin zor gücünə hakimiyyətə gəlməsi bütün sahələrdə iflic vəziyyətin yaranmasına gətirib çıxarmışdır. 1993- ilin iyun ayında ölkədəki hakimiyyət böhranı kulminasiya həddinə çatdı, xaos anarxiya respublikanı bürüdü. Xüsusi vurğulamaq lazımdır ki, vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma dövlət müstəqilliyimizlə yanaşı, milli varlığımızı da təhlükə altında qoymuşdu. Bir tərəfdən Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac yaradırdı.

1993- il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın təkidli çağırışına səs verərək Bakıya qayıtdı Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Heydər Əliyev 1993- il iyunun 15- Azərbaycan Ali Sovetinin Sədri seçildi. Parlamentin eyni gündə baş tutan tarixi iclasında ümummilli liderimizin çıxışı zamanı səsləndirdiyi fikirlər ölkəmizin gələcəyinin əmin əldə olduğunu təsdiqlədi, dövlətçiliyimizin əbədi sarsılmazlığına olan inamı bir daha artırdı.

Heydər Əliyev bütün ruhu, varlığı ilə daim xalqına, vətəninə bağlı olan dahi şəxsiyyət idi. Ulu öndər Azərbaycanın ən çətin tarixi dövrlərində amansız təqiblər şəraitində belə vətəninə xidmət etmişdir. Bütün bunlar deməyə əsas verir ki, görkəmli dövlət xadimi Heydər Əliyevin ömür yolunun bütün məqamlarını bir nadir keyfiyyət - Vətən mücadiləsi səciyyələndirmişdir. 1993- ilin iyunu Azərbaycanda yeni bir dövr - ulu öndər dövrü kimi xarakterizə olunur.

 Ali Sovetin 1993- il 24 iyun tarixli iclasında Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul olundu. Beləliklə, bütün hadisələr dövlətin nəzarəti altına götürülməklə xalqın iradəsinə tabe edildi. Xatırladaq ki, ümummilli liderimiz 1993- il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə Azərbaycanda parlamentarizm ənənələrinə bir sıra yeniliklər gətirdi. İlk olaraq, ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. "Şəhid adının əbədiləşdirilməsi şəhid ailəsinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununun qəbulu bunu bir daha təsdiqləyir. Bundan başqa, Konstitusiyada müxtəlif hüquqi sənədlərdə bir sıra dəyişikliklər edildi. Xalqın döyüş ruhunu qaldırmaq, müharibə dövrünə uyğun təbliğat aparmaq, qanunsuz silahlı dəstələri zərərsizləşdirmək üçün ulu öndər mühüm addımlar atdı. Heydər Əliyev xalqının arxasında dağ kimi dayanaraq ölkəni ən ağır qanlı burulğandan çıxarmağa nail oldu. Siyasi varlığımızın yox olmaq təhlükəsindən xilas edilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının təməli məhz ümummilli liderimiz tərəfindən qoyuldu. Bunun nəticəsidir ki, 1993- il 3 oktyabr tarixində keçirilən prezident seçkilərində seçicilərin 98,8 faizi Heydər Əliyevə səs verdi. Azərbaycan xalqı bununla ölkənin taleyini görkəmli dövlət xadiminə həvalə etdi.

Heydər Əliyev ölkə başçısı kimi iqtisadi, siyasi, sosial, hüquqi islahatların həyata keçirilməsini, demokratik dəyərlərin cəmiyyətdə bərqərar olmasını əsas prioritetlərdən hesab edirdi. Heydər Əliyevin yeni Konstitusiya layihəsinin hazırlanmasına şəxsən rəhbərlik etməsi bunun təzahürüdür. 1995-ci il noyabrın 12- ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası qəbul olundu. Həmin gün müstəqillik dövründə ilk dəfə parlament seçkiləri baş tutdu. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması baxımından tariximizin ən məhsuldar dövrünün təməli qoyuldu. Ümummilli liderimizin rəhbərliyi dövründə ölkənin digər sahələrində canlanma baş verdi. Heydər Əliyev tərəfindən formalaşdırılan yeni neft strategiyasının nəticəsi kimi təzahür edən "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. Ümummilli liderimiz tərəfindən atılan bu addımlar böhran həddinə çatmış ölkə iqtisadiyyatını yenidən hərəkətə gətirmiş, iqtisadiyyatın canlanması Azərbaycan Respublikasının beynəlxalq aləmdə siyasi nüfuzunun artmasına səbəb olmuşdur. Bazar münasibətlərinə əsaslanan iqtisadi islahatların həyata keçirilməsi, sahibkarlığın inkişafının stimullaşdırılması, eləcə müvafiq təkmil qanunvericilik bazasının yaradılması hüquqi vasitələrin işə salınması da ölkə iqtisadiyyatına xarici sərmayələrin axınını reallaşdırmışdır. Qeyri-neft sektoru da sürətlə inkişaf etməyə başlamış, özəlləşdirmə proqramı həyata keçirilmişdir. Dövlətimiz, həmçinin ümumdünya iqtisadi məkanına qətiyyətlə inteqrasiya etməklə xammal ixracatçısından istehsal sənayesini qüdrətləndirən əmtəə ixrac edən əlverişli tərəfdaşa çevrilmişdir.

Böyük şəxsiyyət Heydər Əliyevin öz milləti xalqı qarşısında ən böyük xidmətlərindən biri özündən sonra onun iqtisadi-siyasi kursunu davam etdirə biləcək layiqli varis yetişdirməsidir. 2003- ildə böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev ümummilli liderimiz tərəfindən təməli qoyulan siyasi-iqtisadi kursu qloballaşan dünyanın tələblərinə uyğun olaraq inam qətiyyətlə davam etdirir. Ölkə başçımızın uğurlu siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan dünyada böyük nüfuza, iqtisadi gücə malik ölkə kimi tanınır. Ötən 20 il ərzində İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrində davamlı islahatlar aparılmış, beynəlxalq aləmdə ölkəmizin nüfuz hörməti artmış, sosial məsələlərə diqqət artırılmış, demokratik inkişaf yolu ilə gedən Azərbaycanda bütün azadlıqlar təmin olunmuşdur. Bunun nəticəsidir ki, Azərbaycan xalqı hazırda öz taleyinin milli sərvətinin sahibidir.

Nəzrin ELDARQIZI,

"Respublika".