Ədliyyə Nazirliyində ulu öndər Heydər Əliyevin zəngin irsini əks etdirən kitab sərgisi
Digər xəbərlər

Ədliyyə Nazirliyində ulu öndər Heydər Əliyevin zəngin irsini əks etdirən kitab sərgisi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkə Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş 2023- il "Heydər Əliyev İli" çərçivəsində dünən Ədliyyə Nazirliyində Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası ilə birgə Ulu Öndərin tükənməz irsini əks etdirən kitab sərgisi keçirilib.

Nazirliyin rəhbərliyinin çoxsaylı kollektivinin, o cümlədən gənc ədliyyə işçilərinin, habelə Bakı Dövlət Universiteti Hüquq fakültəsinin tələbələrinin iştirak etdiyi sərgidə ümummilli lider Heydər Əliyevin mənalı ömür yolu titanik fəaliyyətindən, xalqımız dövlətimiz qarşısında misilsiz xidmətlərindən, respublikamızın hərtərəfli inkişafına hesablanmış müdrik uzaqgörən siyasətindən bəhs edən 400-dən çox kitab müxtəlif adda miniatür vəsaitlər nümayiş etdirilib.

Keçirilmiş sərgidə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov tarixi şəxsiyyət Heydər Əliyevin zəngin irsinin indiki gələcək nəsillərə örnək olduğunu bildirib, sərginin əbədiyaşar liderimizin yüksək amallarının təbliği öyrənilməsi baxımından mühüm əhəmiyyətini vurğulayıb. Nazir Azərbaycan ədliyyəsinin bir əsrlik tarixinə dair kitabı təqdim edərək, onun böyük hissəsinin məhz müasir məhkəmə-hüquq sistemimizin müəllifi olan Ulu Öndərin müstəsna roluna həsr olunduğunu diqqətə çatdırıb.

Kitabxananın Heydər Əliyev Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova tədbirin mütəşəkkil qaydada təşkilinə görə minnətdarlığını bildirib, dahi Heydər Əliyev haqqında yeni əsərlər, nəşrlər barədə məlumat verib, ədliyyə işçilərinin Ümummilli Liderin irsinə böyük maraq göstərək sərgidə fəal iştirakını xüsusi qeyd edib.

Ulu Öndərin hər kəsə nümunə ola biləcək həyat fəaliyyəti barədə geniş təəssürat yaradan sərgi ilə tanışlıq gün ərzində davam edib.

Ülvi QARAYEV,

Respublika”.