Ekofəalların haqlı mübarizəsi davam edir
Digər xəbərlər

Ekofəalların haqlı mübarizəsi davam edir

Bu gün ekofəalların apardığı haqlı mübarizənin 129-cu günüdür. 2022-ci il dekabrın 3- 7- Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılan müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi.

Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmadı. Ötən il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb hazırda da davam edir. Gənc könüllülər öz dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılıqlarını bildirir, ekoloji terrora son qoyulmasını, faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirlər. Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır. Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri polislər yüksək səviyyədə təmin edirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları artıq 3 aydan çoxdur ki, mübarizələrindən geri çəkilmirlər. Ekofəallar dünya ictimaiyyətini bu cür haqsızlıqlara qarşı mübarizə aparmağa səsləyirErmənistanla sərhəddə Laçın istiqamətində sərhəd gömrük nəzarət postlarının yaradılmasını, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasını tələb edirlər. Bu il yanvarın 10-da Azərbaycanın yerli televiziya kanallarına müsahibə verən Ali Baş Komandan İlham Əliyev demişdir: "İlk növbədə, o gənclərə "Eşq olsun!" demək istəyirəm, onlar bizim fəxrimizdir. Qeyd etdiyiniz kimi, gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər bir daha Azərbaycan gəncinin qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər. Bunun, necə deyərlər, bir addımlığında separatçılar dünyaya tamamilə yalan informasiya ötürməklə məşğuldurlar". Prezident İlham Əliyev həmçinin qeyd edib ki, bizim haqlı tələblərimiz var bu aksiyanın tarixçəsini indi hər kəs bilir.

Ermənilərin törətdiyi ekoloji terror "Bioloji müxtəliflik", "Ramsar" "Bern" beynəlxalq konvensiyalarının tələblərini pozur. Bir çox dünya mediasında da ekofəallarımızın haqlı mübarizəsi öz əksini tapıb. Ekofəallar "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Ekoloji cinayətə son!" sair şüarlar səsləndirirlər. Aksiya iştirakçıları tələbləri yerinə yetirilməyənədək etirazlarını davam etdirəcəklərini bildirirlər.

Azərbaycan xalqı Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirən gənclərlə fəxr edir, Azərbaycan gəncinin qədər yüksək keyfiyyətlərə malik olmasından qürur duyurLaçın-Xankəndi yolunda davam edən aksiya təkcə ölkəmizin deyil, digər dövlətlərin mətbuatında işıqlandırılmışdır. Belə ki, Türkiyə, Özbəkistan, Qırğızıstan, Pakistan saytlarında ölkəmizin haqlı etirazı öz əksini tapmışdır.

Nəzrin CAVADZADƏ,

"Respublika".