Konteyner daşımaları üzrə Anlaşma Memorandumu imzalandı
Digər xəbərlər

Konteyner daşımaları üzrə Anlaşma Memorandumu imzalandı

"Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC ilə “Türkmənistan Nəqliyyat və Logistika Mərkəzi” SC arasında beynəlxalq konteyner daşımaları üzrə Anlaşma Memorandumu imzalanıb.

Respublika-news.az ADY-ə istinadən xəbər verir ki, ötən gün Türkmənistanın paytaxtı Aşqabadda “Beynəlxalq nəqliyyat-tranzit dəhlizləri: qarşılıqlı əlaqə və inkişaf - 2023” 2-ci Beynəlxalq sərgi və konfransı işini başa çatdırıb.

Konfrans çərçivəsində CASCA+ beynəlxalq multimodal marşrutu üzrə iştirakçı ölkələrin dəmir yolları operatorlarının növbəti görüşü keçirilib, tranzit imkanlarının yeni inkişaf perspektivləri müzakirə olunub.

Nəzrin Cavadzadə,

“Respublika”.