Ekvadorda daha bir prezidentliyə namizəd öldürülüb
Dünya xəbərləri

Ekvadorda daha bir prezidentliyə namizəd öldürülüb

Ekvadorda “Vətəndaş İnqilabı” partiyasının lideri Pedro Briyones suiqəsd nəticəsində həyatını itirib.

“Respublika”  “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bu bir həftədə ikinci qətl hadisəsidir.  

Daha öncə digər prezidentliyə namizəd Fernando Villavisensiyo suiqəsdin qurbanı olub.

Ekvadorlu siyasətçilər  ölkənin “ən qanlı dövrünü” yaşadığını qeyd ediblər.

Tacir SADIQOV,

“Respublika”.