ABŞ-da aviaşou zamanı qəza baş verib
Dünya xəbərləri

ABŞ-da aviaşou zamanı qəza baş verib

ABŞ-də “Miçiqan üzərində ildırım” aviaşousu zamanı “MiQ-23” qırıcı təyyarəsi qəzaya uğrayıb.

"Respublika" xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.

Bildirilib ki, Təyyarə Belvil şəhərində yaşayış kompleksinin dayanacağına çırpılaraq bir neçə avtomobilə zərər vurub. Məlumata görə, qırıcının göyərtəsində olan pilot və bir sərnişin son anda katapult edə biliblər.

Qəzanın səbəbi məlum deyil. ABŞ Federal Aviasiya Administrasiyası qəza ilə əlaqədar araşdırmalara başlayıb.

Nəzrin ELDARQIZI,

"Respublika".