Erməni silahlılarının könüllü şəkildə döyüş mövqelərini tərk etməsi üçün şərait yaradılır
Məlumat

Erməni silahlılarının könüllü şəkildə döyüş mövqelərini tərk etməsi üçün şərait yaradılır

Silah-sursatı tükənən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları pərakəndə şəkildə, təşviş içində döyüş mövqelərini tərk edirdilər.

"Respublika" xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov deyib.

“Ordumuzun texniki vasitələrinin, eləcə də müşahidə vasitələrinin nəzarəti altında həmin şəxsi heyətin geriyə çəkilməsi və könüllü şəkildə döyüş mövqelərini tərk etməsi üçün də şərait yaradılır. Onlara bu halda heç bir zərbə endirilməyib”, - deyə A.Eyvazov qeyd edib.