Ermənistan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb olunmuş şəxslər ifşa edilmişlər
Digər xəbərlər

Ermənistan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb olunmuş şəxslər ifşa edilmişlər

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikası əleyhinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması istiqamətində kompleks araşdırmalar davam etdirilir.

Görülən tədbirlər nəticəsində üçüncü ölkə ərazisində məskunlaşaraq Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə Azərbaycanda terror-təxribat əməllərinin törədilməsini planlaşdırmaqda şübhəli bilinən 1980-ci il təvəllüdlü Əhmədov Rəşad Əhməd oğlunun saxlanılaraq Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunmuşdur.

Müəyyən edilmişdir ki, Rəşad Əhmədov maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb olunmaqla adıçəkilən ölkənin xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi müdafiə qabiliyyəti zərərinə verdiyi tapşırıqları yerinə yetirmişdir.

Rəşad Əhmədov ona verilən tapşırıqlar əsasında cəlb etdiyi 1991-ci il təvəllüdlü Əmirov Rövşən Musa oğlu digər şəxslərlə birgə ölkəmizdə etnik dini zəmində düşmənçilik salınmasına Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına açıq çağırışları özündə ehtiva edən videomateriallar hazırlamışdır. Həmin videomateriallar Ermənistan xüsusi xidmət orqanları tərəfindən yaradılmış onların nəzarəti altında Azərbaycan dilində fəaliyyət göstərən "Youtube" kanalları digər sosial şəbəkələrdə paylaşılmışdır.

Rəşad Əhmədov Ermənistan xüsusi xidmət orqanlarının himayəsi altında Yerevan Dövlət Universitetində kafedra rəhbəri Qarnik Asatryan qeyrilərinin xüsusi olaraq məqsədyönlü şəkildə tərtib etdikləri Azərbaycan Respublikası ərazilərinin parçalanmış şəkildə təsvir olunduğu 200 ədəd saxta xəritəni etnik separatizm məqsədilə Azərbaycan Respublikası vətəndaşları arasında yayılmasını təşkil etmişdir.

Bundan başqa, Rəşad Əhmədov Azərbaycan Respublikası vətəndaşlarının guya etnik dini zəmində iğtişaşlar törətmək niyyətini nümayiş etdirmək məqsədilə Azərbaycan Respublikasının ərazisində partlayış, yanğın digər ictimai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan hərəkətlərin planlaşdırılması, terror aktları törətməyə razılıq verəcək şəxslərin müəyyən edilməsi, onların birgə cinayətkar fəaliyyətə cəlb olunması terror-təxribat əməllərinin hazırlanması istiqamətində ona verilmiş digər tapşırıqları da icra etmişdir.

Əhmədov Rəşad Əhməd oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 28, 214.1 (terrorçuluğa hazırlıq) 281.3- (xarici təşkilatların onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar), Əmirov Rövşən Musa oğlu 274 (dövlətə xəyanət) 281.3- (xarici təşkilatların onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti.