Ermənistan yenə rüsvay oldu
Siyasət

Ermənistan yenə rüsvay oldu

"BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələr Ermənistanın və havadarlarının ümidlərini doğrultmadı. Erməni yalanları bu dəfə də fiaskoya uğradı. Azərbaycan diplomatiyası tutarlı faktlarla milli maraqlarımızı müdafiə etdi". Milli Məclisin deputatı Nəsib MƏhƏmƏliyev əlavə edib ki, bundan sonra nə baş verəcəyi Ermənistandan, Qarabağda yaşayan ermənilərin davranışlarından asılıdır.

İki yol var. Birincisi, son müzakirələrdən düzgün nəticə çıxarsalar, regiona sülh, əmin-amanlıq gələr. İkincisi, müharibə ritorikasını davam etdirsələr, separatçılara dəstək versələr, gərginlik artacaq və Azərbaycan Silahlı Qüvvələri, antiterror əməliyyatları keçirməklə, konstitusion borcunu yerinə yetirəcək. Antiterror əməliyyatlarının keçirilməsi üçün tam hüquqi zəmin var. Həmişə olduğu kimi, Azərbaycan problemləri, danışıqlar yolu ilə həll etməyə üstünlük verir. Ancaq hər şeyin bir həddi var. Müvafiq şərait yetişdikdə əsgərimiz sözünü deyəcək, "Dəmir Yumruq" Qarabağda sepatarizmin kökünü birdəfəlik kəsəcək.

M.QULUYEV,

"Respublika".