Fədakar ömrün parlaq anları
Siyasət

Fədakar ömrün parlaq anları

Milli dövlətçilik tariximizə adını qızıl hərflərlə əbədi həkk etmiş Azərbaycan xalqının əbədiyaşar xilaskarı Heydər Əliyev XX əsrin sonunda xalqımızı əsrlər boyu can atdığı həqiqi müstəqillik missiyasına qovuşdurmuş, mütərəqqi ideyaları ilə zəngin olan yeni dövlətçilik konsepsiyasını işləyib hazırlamış, onun dayanıqlı inkişafı üçün etibarlı sosial-iqtisadi siyasi-hüquqi baza hazırlamışdır.

Ulu öndər Heydər Əliyev yaddaşlarda tarix yaradan dahi şəxsiyyətlərdən biri kimi qalmışdır. Görkəmli dövlət xadimi Heydər Əliyev öz xalqına, vətəninə sonsuz sədaqəti, bitməz-tükənməz sevgisi, uzaqgörənliyi, qayğıkeşliyi, gərgin əməyi ilə ölkəmizin XX əsr ictimai, siyasi, iqtisadi, hüquqi, mədəni həyatında yeni bir şərəfli tarix səhifəsi yazmışdır.

Sağlığında tarixdə çox nadir insanların nail olduğu ümummilli liderlik səviyyəsinə yüksəlmiş bu müdrik şəxsiyyət böyük fədakarlıqlar hesabına meydana gətirdiyi dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, xalqın müstəqilliyinin əbədiliyini qoruyub saxlaya bilmişdir.

Bu dahi rəhbərin ümummilli liderə çevrilməsinin ən başlıca amili onun ölkəmizin ən çətin mürəkkəb siyasi hadisələrlə çalxalanan bir dövründə xalqının, dövlətinin problemlərinə biganə qalmaması, nəbzinin Azərbaycanla bir döyünməsi olmuşdur. Ulu öndər Heydər Əliyevin söylədiyi "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun yalnız yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" kəlamı bir ömrün hesabatının ən gözəl təsviridir.

Ulu öndər Heydər Əliyevin ömrü Azərbaycanın XX əsr tarixinə müdriklik, vətənpərvərlik, azərbaycançılıq kimi bəşəri dəyərləri bəxş etməklə bərabər, həm yeni tariximizdə xalq-rəhbər harmonik birliyinin qüdrətli yenilməzliyini reallığa çevirdi, xalqına, dininə, dilinə, tarixinə, milli adət-ənənəsinə sadiq olanların daim yaşayacağını təsdiq etdi, bəşəriyyət, azad dünya, xoşbəxt gələcək üçün qurub yaradanların heç zaman unudulmayacağını göstərdi.

Dünyaşöhrətli böyük strateqin irəli sürdüyü demokratikləşmə konsepsiyası xalqın təkamülə əsaslanan demokratiya yolu ilə irəliləməsi, vətəndaş cəmiyyəti institutlarının iqtisadi uğurlara adekvat olaraq inkişaf etməsi, insan hüquq azadlıqlarının etibarlı müdafiə mexanizmlərinin formalaşdırılması, eləcə ölkəmizin hüquq sisteminin müasirləşdirilməsi məsələlərini özündə ehtiva etmişdir.

Fenomenal siyasətçi Heydər Əliyevin milli dövlətçilik qarşısında ən böyük əvəzolunmaz xidmətlərindən biri kimi müstəqil Azərbaycanın yeni neft strategiyasının hazırlanması 1994- ildən uğurla həyata keçirilməsini xüsusilə qeyd etmək lazımdır. XX əsrin miqyasına görə analoqu olmayan qlobal layihələrindən biri kimi enerji mənbələri axtarışında olan müasir dünyanın yeni geoiqtisadi xəritəsinin müəyyənləşməsinə əsaslı təsir göstərən "Əsrin müqaviləsi" Azərbaycanın siyasi iqtisadi cəhətdən daha da inkişaf etməsinə, beynəlxalq iqtisadi münasibətlər sisteminə sürətli inteqrasiyasına çox güclü təkan vermişdir.

Böyük öndərin aqrar sahədə həyata keçirdiyi parlaq siyasətin nəticəsində 1995-ci ildən başlayaraq aqrar sektorun bazar prinsipləri əsasında yenidən qurulması, sovxoz kolxozların ləğv olunması, onlara məxsus torpağın, mal-qaranın əmlakın əhaliyə paylanması kimi tədbirlər nəticəsində kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş vermiş, keyfiyyətcə fərqli münasibətlər formalaşmışdır.

Hər bir dövlətin müstəqilliyini şərtləndirən başlıca amillərdən biri onun xalqın iradəsinə əsaslanan, dövlət quruluşunu, əsas insan vətəndaş hüquqlarını, qanunvericilik, icra məhkəmə hakimiyyətini dövlət həyatının digər fundamental məsələlərini özündə əks etdirən əsas qanununun - konstitusiyasının mövcud olmasıdır. 1995-ci ildə xalqın azad iradəsi əsasında müdrik rəhbərin silinməz dəst-xəttinin, zəngin həyat təcrübəsinin işıqlı zəkasının ən böyük əsəri olan, müstəqil Azərbaycanın mütərəqqi ənənələrə söykənən ilk milli Konstitusiyasının qəbuluna nail olunmuşdur.

Heydər Əliyevin memarı olduğu Konstitusiyamız öz demokratikliyi, humanistliyi dolğunluğu ilə seçilərək müstəqil dövlətçiliyimizin tərəqqisi üçün hərtərəfli zəmin yaratmışdır. Məhz bu tarixi hadisədən sonra ölkəmizdə hüquqi islahatlara başlanılmışdır. Bundan sonrakı dövrlərdə ümummilli lider dövlət-vətəndaş harmonik bağlılığının hüquq müstəvisində nizama salındığı, insan vətəndaş hüquq azadlıqlarının ali dəyərlər səviyyəsində qorunduğu, humanizm prinsipinin möhkəm təmələ çevrildiyi ədalətli cəmiyyətin formalaşdırılması, idarəçilikdə demokratik ənənələrin tam bərqərar olması naminə misilsiz xidmətlər göstərmişdir.

Məhkəmə-hüquq islahatlarını prioritet məsələ kimi qarşıya qoyan ulu öndər Heydər Əliyevin memarı olduğu Konstitusiyamızda yeni üçpilləli məhkəmə sistemi təsis edilmişdir ki, bu da vətəndaşların qanuni maraq mənafelərinin ədalət mühakiməsi yolu ilə birinci instansiya, apellyasiya kassasiya instansiyası məhkəmələri tərəfindən daha etibarlı şəkildə müdafiə olunmasına öz müsbət təsirini göstərmişdir. "Ədalət iki şeydən sarsıla bilər: cinayətkar cəzasız qalanda günahsız cəzalandırılanda" - deyən dahi rəhbər ilk gündən məhkəmə orqanlarının dövlət idarəçilik sistemindəki müstəsna rolunu düzgün qiymətləndirmiş, insan vətəndaş hüquq azadlıqlarının etibarlı müdafiə mexanizmlərinin formalaşdırılması baxımından ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsini vacib saymışdır.

Ölkəmizdə 1993- ildə ölüm cəzası üzərində moratoriumun qoyulması, 1995-ci ildə əfv komissiyasının bərpası, 10 fevral 1998-ci ildə ölüm cəzasının tam ləğvi isə məhz Heydər Əliyev humanizminin böyük təntənəsidir.

Böyük öndərin rəhbərliyi dövründə Azərbaycan Respublikası insan hüquq azadlıqlarının, eləcə demokratik təsisatların yaradılması ilə bağlı bir sıra mühüm beynəlxalq-hüquqi aktlara qoşulmuş, 1996- ildən Avropa Şurasında "xüsusi qonaq statusu" ilə təmsil olunan ölkəmiz 2001-ci il yanvarın 17- bu qurumun Nazirlər Komitəsinin qərarı ilə Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilmiş, 25 dekabr 2001-ci il tarixdə isə Azərbaycan Respublikası Milli Məclisi "İnsan hüquqlarının əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasını ratifikasiya etmişdir.

Ölkəmizin dünya dövlətləri arasında öz layiqli yerini tutması, çiçəklənən qüdrətli dövlətə çevrilməsi ilə bağlı inkişaf yolunu əbədiyaşar xilaskar Heydər Əliyev belə xarakterizə etmişdir: "Biz Azərbaycanda demokratik, müstəqil respublika quraraq sivilizasiyalı cəmiyyət uğrunda mübarizə apararaq ümumi, dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən, əsrlərdən sonra ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından səmərəli istifadə olunarsa, Azərbaycan həm tam müstəqil, demokratik dövlət olacaq, həm cəmiyyətimiz tam hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaq".

Danılmaz faktdır ki, ümummilli lider Heydər Əliyevin AZƏRBAYCANÇILIQ İDEOLOGİYASI milli-mənəvi inkişafın əsası sayılır. O, bu barədə demişdir: "Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər - bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir...".

Ulu öndərimiz üçün ana dili azərbaycançılıq ideologiyasının təməl prinsipi olmuşdur. Böyük qürur hissi ilə deyə bilərik ki, o özü rəsmi nitqlərini imkan daxilində Azərbaycan dilində etmiş, bunu bütün rəhbər vəzifəlilərdən qətiyyətlə tələb etmişdir.

Ümummilli lider Heydər Əliyevin sayəsində Azərbaycan milli mətbuatı ölkəmizdə həmişə qabaqcıl ideyaların carçısı, dövrün, ictimai-siyasi həyatın güzgüsü olmuşdur. Ulu öndərin 1998-ci ildə imzaladığı mətbuat üzərində senzuranın ləğv edilməsini nəzərdə tutan "Azərbaycan Respublikasında söz, fikir məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərman ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə kimi qiymətləndirilir.

Böyük öndər gənclərin himayədarı olaraq sağlamdüşüncəli yeni gənc nəslin yetişdirilməsini dövlət cəmiyyət üçün mühüm vəzifə hesab edirdi. Bu məqsədlə ümummilli lider gənclərin dövlətin cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi bəyan etmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxmışdır.

Heydər Əliyev səhiyyə quruculuğu ilə əlaqədar qarşıya qoyduğu tədbirlər kompleksinə köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yenilərinin tikilməsi ən müasir aparatlarla təchiz olunması, eləcə əhalinin kütləvi surətdə dispanser qeydiyyatdan keçirilməsi sahə həkimlərinin fəaliyyətinin artırılmasından başladı. Bu məqsədlə səhiyyədə radikal islahatların həyata keçirilməsi üçün zəruri olan qanunvericilik bazası təkmilləşdirildi.

xoşbəxt xalqıq ki, tariximizin təxminən 50 illik dövrü böyük dövlət xadimi, mükəmməl siyasətçi, fenomen şəxsiyyət ulu öndər Heydər Əliyevin adı ilə bağlı olub. Hər xalqa qismət olmayan belə bir dahinin özü kimi savadlı, dünyagörmüş, güclü siyasətçi xalqının daim yanında olan siyasi varisi İlham Əliyev bu gün xalqımıza Qarabağı bəxş etməklə bir daha sübut etdi ki, o da atası qədər millətini, xalqını sevən əzəli torpağımız, vətənimiz olan, illərdir düşmən işğalında olan Qarabağımızın, Şuşamızın bizim üçün qədər dəyərli, qədər müqəddəs olduğunu anlayan bir şəxsiyyətdir.

"İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram gələcəyinə ümidlər bəsləyirəm" - deyən ulu öndər Heydər Əliyev Qarabağ həqiqətlərini bütün dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün var qüvvəsi ilə çalışdı. Ümummilli lider istər dövlət başçıları, istərsə xarici ölkələrdə olan Azərbaycan diasporunun nümayəndələri, adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərində Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması fikrini əsaslandırmış buna da nail olmuşdur.

Ümummilli liderin xalqımızla, dövlətimizlə, Qarabağımızla bağlı qəlbində daşıdığı bütün arzularını oğlu - Prezidentimiz, ordumuzun Ali Baş Komandanı İlham Əliyev həyata keçirdi. Onun komandanlığı ilə güclü ordumuz 27 sentyabr - 10 noyabr 2020-ci ildə davam edən 44 günlük müharibə, "Dəmir yumruq" əməliyyatı nəticəsində 30 ilə yaxın düşmən işğalında olan doğma torpaqlarımızı işğaldan azad etdi.

Beləliklə, bu gün iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan xalqının demokratik, hüquqi dövlətdə yaşamaq idealının real dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləsməsi çağdaş tariximizin unudulmaz dühası - ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Bütün həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi dövlət xadimi kimi zəngin idarəçilik fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət quruculuğu məktəbinə çevrilmişdir.

Şəlalə QULUZADƏ,

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Ədliyyə Akademiyasının baş müəllimi,

kiçik ədliyyə müşaviri.

 

Yunis XƏLİLOV,

Naxçıvan Muxtar Respublikası

Ali Məhkəməsi Aparatının icra məmuru,

Naxçıvan Dövlət Universitetinin

Hüquq fənləri kafedrasının baş müəllimi.