FHN-in növbəti humanitar yardımından ibarət avtomobil karvanı Türkiyəyə çatıb
Digər xəbərlər

FHN-in növbəti humanitar yardımından ibarət avtomobil karvanı Türkiyəyə çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə 8 fevral tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yola salınmış növbəti humanitar yardım karvanı bu gün Türkiyənin Kahramanmaraş rayonuna çatıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8 min geyim dəsti, 20 min cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5 min ədəd iplik dəsmal və digər ləvazimatlardan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.