Fransada ərzaq məhsulları kəskin bahalaşıb
Dünya xəbərləri

Fransada ərzaq məhsulları kəskin bahalaşıb

Fransada son il yarım ərzində ərzaq qiymətlərində kəskin artım olub.

"Respublika" xəbər verir ki, "Insee" milli statistika institutunun məlumatına görə, ölkədə 2022-ci ilin yanvarından 2023-cü ilin avqustuna qədər ərzaq qiymətləri 17,9% artıb. Xüsusilə çörəyin, ətin və südün qiyməti kəskin bahalaşıb.

"E.Leclerc" supermarketlər şəbəkəsinin rəhbəri Mişel-Eduard Leklerkin sözlərinə görə, yaxın gələcəkdə ərzaq qiymətləri 6-8% artmaqda davam edə bilər. Belə ki, istehsalçı şirkətlər istehsal xərclərinin artmasına işarə edir ki, bu da qiymətlərin yüksəlməsini zəruri edir.

Qeyd edək ki, aparıcı Avropa ölkələrində ÜDM-in azalması fonunda qiymət artımı qitə iqtisadiyyatının üzləşdiyi çətinliklərdən xəbər verir.