Donald Trampın məhkəməsi davam edir
Dünya xəbərləri

Donald Trampın məhkəməsi davam edir

Keçmiş ABŞ prezidenti Donald Trampa qarşı “2020-ci il prezident seçkilərinin nəticələrinə müdaxilə” müddəası ilə irəli sürülən ittiham nəticələri açıqlanıb.

“Respublika” “Hürriyət”ə istinadən xəbər verir ki, ittihamnamədə Tramp “fırıldaqçılıq və aldatma yolu ilə federal hökumətin funksiyalarını pozmaq, əngəlləmək və sui-qəsd qurmaqda” ittiham olunur. 

Qeyd edək ki, Cek Smit və komandası tərəfindən hazırlanan 45 səhifəlik iddianamədə Trampa qarşı dörd ittiham irəli sürülür;

1. ABŞ-ı aldatmaq üçün sui-qəsd

2. ABŞ vətəndaşlarının hüquqlarına qarşı sui-qəsd

3. Rəsmi araşdırmaya mane olmağa cəhd

4. Şahidə müdaxilə

İddianamədə əsas diqqət 2021-ci il yanvarın 6-da Tramp tərəfdarlarının Amerika Konqresinə müdaxiləsi və onun ətrafında baş verən hadisələrə yönəlib. 2024-cü ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olacağını açıqlayan Tramp son ittihamnaməni də cəfəngiyyat adlandırıb.

Töhfə SƏMƏDOVA,

“Respublika”.