Fransız deputat ölkəsində irqçiliyin artmasından narahatlığını bildirib
Siyasət

Fransız deputat ölkəsində irqçiliyin artmasından narahatlığını bildirib

Bu yaxınlarda Romans-sur-Is~ere komunasında dəmir dəyənəklərlə silahlanmış və əllərində hücum edəcəkləri insanların adı, soyadı, yaşadığı ünvanı, telefon nömrəsi olan və 10-dan çox maskalı şəxsin törətdiyi irqçi cəza ekspedisiyası, eləcə də Viroflay merinin müavinin evini hədəfə alan hadisə, içərisində möminlər olan Morlaix məscidinə atəş cəhdi, hətta ötən həftə Parisdə icazə verilmiş ifrat sağçıların nümayişi kimi irqçi hərəkətlərə son qoyulmalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri "Yenilməz Fransa" (La France İnsoumise - LFİ) siyasi partiyasının üzvü, deputat Matild Panot Milli Assambleyada mətbuat konfransında Anadolu Agentliyinin sualına cavab olaraq bildirib. Deputat belə əməlləri qətiyyətlə pisləyərək kiçik ifrat sağçı qrupların Fransa Respublikası üçün yaratdığı qorxunc təhlükəni vurğulayıb və ölkədə islamofobiya hərəkətlərinin artdığını xatırladıb.

Fransız deputat bu yaxınlarda Romans-sur-Is~ere-də baş vermiş hadisəni, dəmir dəyənəklərlə silahlanmış onlarla maskalı şəxsin əlində insanların adı, soyadı, yaşadığı ünvan və telefon nömrələrinin olduğunu xatırladıb. Diqqətə çatdırıb ki, belə qruplarda bu məlumatlar olmamalıdır.

M.Panot Milli Assambleyadakı LFİ sədrinin, həmçinin yerli seçilmiş məmurların məruz qaldığı hücumlardan və onlara qarşı edilən irqçi ifadələrdən, xüsusən də Saint-Br~evin-Les-Pinsdə (Luara-Atlantik) şəhər merinin ailə üzvləri evdə yatdığı zaman onun evinin yandırılmasından, eləcə də Grabels (H~erault) bələdiyyə başçısına edilən hücumdan söz açıb. O, Emmanuel Makronun mandatı dövründə prefekturaların belə hadisələrə reaksiya vermədiklərini vurğulayıb.

Deputat 2018-ci ildə LFİ tərəfindən ifrat sağçı qrupların yaratdığı təhlükələrlə bağlı yaradılmış araşdırma komissiyasının əhəmiyyətini bir daha vurğulayaraq verilən tövsiyələrə əməl edilməməsinə təəssüflənib.