Göygöl melioratorları əzmlə çalışırlar
Region

Göygöl melioratorları əzmlə çalışırlar

Ölkənin ərzaq təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Əhalinin ərzaq məhsulları ilə təmin edilməsi dövlət üçün mühüm əhəmiyyət kəsb edən həlli vacib olan sosial-iqtisadi problemlərdən biridir. Bu baxımdan, ölkəmizdə ərzaq təhlükəsizliyinin uğurlu həlli həm meliorasiya suvarma təsərrüfatlarının üzərinə düşür.

Göygöl Rayon Suvarma Sistemləri İdarəsinin rəisi, təcrübəli meliorator İsmayıl Əvəzovla tarlada, başında görüşdük. O, qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli xahişi ilə ikinci dəfə respublika rəhbərliyinə qayıdışı Meliorasiya Su Təsərrüfatını məhv olmaqdan xilas etdi. Sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, ona diqqət dövlət qayğısı bərpa olundu. Aqrar sahə ilə yanaşı, meliorasiya su təsərrüfatı kompleksində islahatların həyata keçirilməsinə başlanıldı, onların normativ-hüquqi bazası yaradıldı. 1996- ildə imzalanmış "Meliorasiya irriqasiya haqqında" Azərbaycan Respublikasının Qanunu bu işi daha da sürətləndirdi. Bu vacib sahəyə diqqət qayğı son dərəcə artırıldı. Aqrar sahələrdə aparılan islahatlarla paralel meliorasiya su təsərrüfatında da həmahəng məqsədyönlü islahatlar aparıldı.

Bu gün ölkəmizdə bu sahəyə diqqət qayğı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bir çox irimiqyaslı layihələr həyata keçirilir. Bəli, artıq meliorasiya su təsərrüfatı kompleksi öz uğurlu inkişafının ən yüksək mərhələsini yaşayır. Ölkə rəhbərinin "Hər damla su bizim üçün önəmlidir. Bu məsələ ilə ciddi məşğul olmaq lazımdır", - çox qiymətli kəlamı bizim gündəlik prinsipimizdir. Göygöl Suvarma Sistemləri İdarəsi rayon Gəncə şəhəri ərazisində birlikdə 15210 hektar əkin sahələrinin suvarılmasına xidmət edir. Bu torpaqları suvarma suyu ilə təmin etmək üçün 5 mənbədən: Gəncəçaydan, Kürəkçaydan, Qoşqarçaydan, 296 ədəd subartezian quyusundan mənbəyini Şəmkirçay gölündən götürən sağ sahil kanal vasitəsilə ötürülən suvarma suyundan istifadə olunur.

İdarə tərəfindən 274 ədəd subartezian quyusu əsaslı cari təmir olunaraq fermerlərin fiziki şəxslərin istifadəsinə verilmişdir. Həmçinin Xaqani kəndində 35/011 saylı, Quşqara kəndində 35/055 saylı məhsuldarlığını tam itirmiş subartezian quyuları yenidən qazılaraq bərpa edilmiş su istehlakçılarının istifadəsinə verilmişdir. Bunun nəticəsi olaraq 64 hektar əkin sahələrinin ümumi olaraq 86 fərdi təsərrüfatda əkin üçün nəzərdə tutulmuş torpaq sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılmışdır. Həmçinin, Cəmiyyətdən ayrılmış 21 ədəd müxtəlif markalı təzə nasos aqreqatları uzun müddət istismar olduğundan, təmirə yaramayan nasosların əvəzinə yeniləri quraşdırılaraq subartezian quyularının rejimləri bərpa olunmuşdur. Bunun nəticəsi olaraq suvarma əhatəsində yerləşən 582 hektar əkin sahələrinin suvarılması təmin olunmuşdur. Regionların sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq, ölkə Prezidenti cənab İlham Əliyevin sərancamına əsasən Balçılı kəndində 1 ədəd, Quşqara kəndində 2 ədəd, Səmədli qəsəbəsində 1 ədəd, Nadil kəndində 1 ədəd olmaqla, ümumilikdə 5 ədəd subartezian quyusunun qazılması başa çatdırılmış, yüksək gərginlik elektrik xətləri çəkilərək, qidalandırıcı gərginlik transformatorların quraşdırılması ilə istismara verilmişdir.

Sel daşqınlara qarşı mübarizə tədbirləri çərçivəsində bərkitmə işləri aparılmışdır. Belə ki, Gəncə çay, Kürək çay, Qoşqar çaylarının məcraları mexanizmlə təmizlənmiş, Qızılca, Nadel, Mollaosman, Bəhrəmbəy arxlarının kanallarının dəhnələri şitlər, beton bloklar digər vasitələrlə möhkəmləndirilmişdir. 122 min kvadratmetr həcmində çay məcrasında təmizləmə işləri görülmüşdür.

Rayon ərazisində irriqasiya sistemlərinin cari təmir işləri görülmüş, həyətyanı, bələdiyyə torpaqlarının digər hüquqi fiziki şəxslərə məxsus olan torpaqların suvarılması da tam təmin edilir. Ölkədə ərzaq təhlükəsizliyinin uğurlu həlli üçün kollektiv gecə-gündüz sahələrdə çalışır. Çünki əkinin məhsuldarlığını artırmaq üçün meliorasiya suvarma prioritet məsələlərdəndir. Bu il, yəni 2023- ildə daha 2 ədəd Quşqara 35/058, 35/062 reper nömrəli subartezian quyusunun rejimlərinin bərpası üzrə layihə-smeta sənədlərinin hazırlanması işləri əsasında, göstərilən quyuların qazılması planlaşdırılmışdır. Eyni zamanda, 6 kəndi əhatə etməklə Qırıqlı - 1 ədəd, Xaqani - 1 ədəd, Balçılı - 2 ədəd, Quşqara - 2 ədəd, Yeni Qızılca - 1 ədəd, Nadel - 2 ədəd olmaqla 9 ədəd yeni qazılacaq subartezian quyularının layihə-smeta sənədlərinin hazırlanması üçün Meliorasiya Su Təsərrüfatı ASC- göndərilmişdir.

Görüşün sonunda idarə rəisi İsmayıl Əvəzov tam əminliklə bildirdi ki, Göygöl Suvarma Sistemləri İdarəsinin kollektivi qarşıya qoyulmuş vəzifələrin vaxtında layiqincə yerinə yetirilməsi üçün bundan sonra da bütün bacarıq imkanlarından istifadə edərək bol məhsula nail olacaqdır.

Zabit XƏLİLOV,

"Respublika".