Gürcüstanda fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin İdarə Heyətinin üzvləri Rəna Hüseynova və Leyla Əmrahovadan
Məktublar

Gürcüstanda fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin İdarə Heyətinin üzvləri Rəna Hüseynova və Leyla Əmrahovadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə mərkəzimizin kollektivi adından səmimi-qəlbdən təbrik edirik. Qürurla qeyd edirik ki, “Alyans” Gənclər Mərkəzinin açılışı Sizin doğum gününüzlə eyni tarixə təsadüf edib. Bu əlamətdar tarixin məsuliyyəti və şərəfi bizi fəaliyyətimizdə daha da ruhlandırır.

Cənab Prezident, Sizin ölkə rəhbəri kimi fəaliyyət göstərdiyiniz ötən 20 il ərzində Azərbaycan dövləti və xalqı qarşısında böyük xidmətləriniz olub. Siz Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələrinə hər zaman sadiq olaraq Azərbaycanı yüksək zirvələrə qaldırmısınız. Sizinlə fəxr edirik. Siz Gürcüstan azərbaycanlılarının əziz dostusunuz. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq. Gürcüstanda yaşayan Azərbaycan vətəndaşları 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkilərində sevinc və fərəh hissi ilə iştirak edərək Sizi dəstəkləyəcək, xalqımızın işıqlı gələcəyinə səs verəcəklər.

Sizə və ailənizə qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbriklərimizi, ən xoş arzularımızı çatdırırıq.

Hörmətlə,

Rəna Hüseynova və Leyla Əmrahova,

Gürcüstanda fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin

İdarə Heyətinin üzvləri.