Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin (AZEBI) İdarə Heyətinin sədri Nəriman Qurbanovdan
Məktublar

Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin (AZEBI) İdarə Heyətinin sədri Nəriman Qurbanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Biz Gürcüstanda yaşayan azərbaycanlılar Sizin qayğınızı və dəstəyinizi hər zaman hiss edir, bunu yüksək qiymətləndiririk.

Azərbaycan dövləti Sizin rəhbərliyinizlə böyük uğurlar qazanır, beynəlxalq arenada nüfuzunun artırılması yolu ilə irəliləyir. Azərbaycanlı İş Adamları Birliyi olaraq Sizin həyata keçirdiyiniz məqsədyönlü siyasəti dəstəkləyir və bundan sonra da dəstəkləyəcəyik.

Hər zaman olduğu kimi, 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkilərində də Sizin namizədliyinizi dəstəkləyəcəyik. Sizə uğurlar diləyirik.

Cənab Prezident, Sizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq.

Ən dərin ehtiramımızı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Nəriman QURBANOV,

Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin

(AZEBI) İdarə Heyətinin sədri.