Hafiz Paşayev:  Şəkinin tarixi memarlıq üslubunu unutmaq olmaz, bu üslub gərək yaşasın
Region

Hafiz Paşayev:  Şəkinin tarixi memarlıq üslubunu unutmaq olmaz, bu üslub gərək yaşasın

"Bu gün bizim üçün tarixi bir gündür. Firidun bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım məhz bu binada yetim uşaqlara yiyəlik edib, müəllim, direktor olub. Ona görə, dedik ki, bizim İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində Arxitektura, memarlıq və dizayn fakültəsinin bir hissəsini burada yaradaq. Məhz abidələrin bərpası sahəsində yeni mütəxəssislər yetişdirək. Ona görə də biz buradayıq".

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri ADA Universitetinin rektoru Hafiz Paşayev Şəkidə Dizayn və memarlıq fakültəsinin açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.

Rektor belə bir layihə həyata keçirildiyinə görə şəkililəri və ADA Universitetini təbrik edib. "Dediyim kimi, bu gün yadda qalacaq. Şəkinin tarixi memarlıq üslubunu unutmaq olmaz, bu üslub gərək yaşasın", - deyə Hafiz Paşayev vurğulayıb.