Hava nəqliyyatı ilə sərnişindaşımanın sayı kəskin artıb
Digər xəbərlər

Hava nəqliyyatı ilə sərnişindaşımanın sayı kəskin artıb

Cari ilin yanvar-iyun aylarında hava nəqliyyatı ilə 1233,3 min və ya 49,5% çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən "Respublika" bildirir ki, daşımaların 99,8%-i dövlət, 0,2 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Bu nəqliyyat növü ilə yükdaşıma 41,4% azalaraq 143,8 min ton olub.