Sağlam həyat
Maraqlı

Sağlam həyat

Alçanı duzla yeyənlərin nəzərinə...

Yaz aylarının ən vazkeçilməz meyvələrindən olan alça artıq  bazar piştaxtalarında öz yerini almağa başlayıb. Alçanın faydaları saysız-hesabsız  olsa da, bu meyvəni  duzla yeyənlərə pis xəbərimiz var...

Əslində, alçanın doğru şəkildə istehlakı orqanizmin sağlamlığı baxımından olduqca xeyirlidir. Belə ki, meyvə qəbizlik yaratsa da, immunitet sisteminin nizamlı işləməsini təmin edir. Astma bronxit kimi xəstəliklərdən qoruyan meyvə, xərçəngə qarşı da çox faydalıdır. Həmçinin yaşıl alça fosforla çox zəngin olduğundan orqanizmin dəmiri mənimsəmə qabiliyyətini artırır qan dövranını yaxşılaşdırır. Dəri tonuna müsbət təsiri  ilə tanınan yaşıl alça dərini yeniləyir ləkələri aradan qaldırmağa kömək edir.

Lakin elə insanlar var ki, alçanı ancaq duzla yeməyi sevirlər. Amma alçanın duzla birlikdə istehlak edilməsi düzgün deyil. Belə ki, aparılan araşdırmaların nəticələrinə görə, yaşıl alçanın duzla birlikdə istehlakı orqanizmdə  pis çöküntülərin yığılmasına   ödəmin yaranmasına səbəb ola bilər. Bundan əlavə, alça duzla yeyildikdə  qan təzyiqini artıran bilavasitə böyrəklərin yüklənməsinə yol açır. Bu səbəbdən   mütəxəssislər bədən sağlamlığını qorumaq üçün alçanı  duzsuz yeməyi tövsiyə edirlər.

İnformasiya posta.com.tr veb saytında yayımlanıb.

 

Dırnaq yemək vərdişdir, yoxsa xəstəlik?

Yəqin ki, çoxlarınız ömrünüzdə bir dəfə olsun dırnaqlarınızın "dadı"na baxmısınız. Adətən uşaqlıqdan formalaşan bu vərdiş bəzən yeniyetməlik gənclik dövründə davam edir. Bəzi insanlar dırnaq yeyilməsinin xəstəlik, digərləri isə psixoloji bir vəziyyət olduğuna inanırlar. Bəs əslində bu problem nədən qaynaqlanırsadəcə zərərli  bir vərdiş, yoxsa hansısa xəstəliyin əlamətidir?

Onixofagiya adlandırılan bu vərdiş dünyada çox yayılmış zərərli vərdişlərdən biridir. Bu problemlə  bağlı geniş tədqiqatlar yoxdur, çünki  xəstəlik deyil. Bu hərəkət xoş qarşılanmayan iradi qeyri-iradi davranış elementidir. Alimlərin fikrincə, problemin yaranmasının iki böyük səbəbi var: biri psixi gərginlik, digəri isə uşaq vaxtı  həmin şəxslərdə davranış narahatlığının meydana çıxmasıdır.

Dırnaq yemək düşünülmədən, reflektiv hərəkət olub, daha çox gərgin vaxtlarda, beyinlə hərəkətlər arasında fikir bağlılığı itən anda, stres vaxtı baş verir. Çox zaman insan bütün dırnaqlarını yeyib bitirəndən sonra etdiyinin fərqinə varır. Alimlər bildirir ki, insan dırnaqlarını yeyirsə, o an beyin hansısa problemdən çıxış yolu axtarır, sanki neqativ hissləri "yeyir". Zamanla bu hərəkət "əsəb tikləri" kimi xarakter alır, nəzarət olunmur.

Sağlamlıq baxımından da ciddi zərərləri olan bu vərdiş dırnaq dibindəki salmonella, bağırsaq çöpü bir çox qurd yumurtalarının ağız vasitəsilə həzm traktına keçməsinə səbəb ola bilər. Bundan əlavə, Onixofagiya çənə boyun əzələlərinə təzyiq nəticəsində boyun hissədə ağrı yaradır.

Statistikaya görə, dünya üzrə dırnağını yeyənlərin əksəriyyəti qadınlardır. Bu zəifliyə çox vaxt həyəcan səbəb olur. İnsan öz dünyasına qapanır, özünə güvəni get-gedə zəifləyir. Dırnaqlarını dişilə qoparıb tullayaraq sanki özünü sakitləşdirməyə çalışır. Alimlər iddia edirlər ki, bu vərdiş insanı sakitləşdirsə , onun yaranma səbəbləri müxtəlifdir. Məlum olub ki, bu problemdən daha çox perfeksionizmə, yəni mükəmməlliyə can atan insanlar əziyyət çəkirlər.

Perfeksionistlər adətən daimi irəliləyişi sevirlər. O baş verməyəndə isə kədərlənib dırnaq yeməkdə təsəlli axtarırlar. Bunun qarşısını almağın isə tək bir yolu var. Əlinizdə olanlardan zövq alaraq, həyatınızı asanlaşdırın...

 

Bu qidalar şəkərli diabetə səbəb ola bilər

Amerikalı alimlər bu yaxınlarda 2-ci tip diabetin səbəbləri ilə bağlı əlamətdar bir araşdırmaya imza atıblar. Elm adamları sözügedən xəstəliyin düzgün qidalanmama vərdişindən qaynaqlandığını aşkar ediblər.

"Nature Medicinejurnalında dərc edilən araşdırmaya görə, Tufts Universitetinin alimləri təxminən 14 milyon  2-ci tip diabet xəstəsinin sağlamlıq vəziyyətini məlumatlarını araşdırıblar. Nəticədə bu xəstəliyin meydana gəlməsinin arxasında pis qidalanma vərdişinin olduğu məlum olub. Belə ki, tam taxıllı qidaları az, düyü, buğda kolbasa, sosis kimi işlənmiş ət məhsullarını  çox istehlak edənlərdə şəkərli diabetə tutulma riskinin daha yüksək olduğu müəyyən edilib. Həmçinin çoxlu meyvə şirəsi içənlərin   tərəvəz, qoz-fındıq kimi qidalardan istifadə etməyənlərin isə  sağlamlıqlarının risk altında olduğu  bildirilib.

Alimlər bilavasitə qeyd ediblər ki, işlənmiş ət, kartof qırmızı ət istehlakına daha çox üstünlük verilən Mərkəzi Şərqi Avropada, Orta Asiyada  2-ci tip diabetlə bağlı göstəricilər xeyli yüksəkdir.

"Araşdırmalarımızın nəticələri göstərdi ki, zərərli karbohidratların istehlakı dünya üzrə şəkərli diabet xəstəliyinin artmasına səbəb olur", - tədqiqatda iştirak edən alimlərdən biri qeyd  edib.

 

Yaddaşla bağlı probleminiz varsa...

Musiqi ruhun qidasıdır deyiblər... Ancaq bu yaxınlarda aparılan araşdırmanın nəticələri sübut edib ki, musiqi təkcə ruhumuzun deyil, beynimizin qidasıdır. Belə ki, Cenevrə Universitetinin (UNIGE) alimlərinin araşdırmalarına görə musiqi alətlərində ifa etmək musiqi dinləmək hətta gəncliyində musiqi ilə məşğul olmayan yaşlı insanlarda belə yaddaş itkisini ləngidə bilər.

Təcrübələrdə əvvəllər heç vaxt musiqi ifa etməmiş 62-78 yaş arası 132 təqaüdçü iştirak edib. Altı ay ərzində onların yarısı fortepiano dərslərinə qatılıb, digər yarısı isə aktiv musiqi dinləməklə məşğul olub: onlara alətləri tanımaq müxtəlif musiqi melodiyalarını təhlil etmək öyrədilib. Dərslər həftədə bir neçə dəfə 1 saat davam edib. Altıaylıq sınaq müddətindən sonra alimlər iştirakçıların beyinlərində struktur dəyişikliklərinin olduğunu aşkar ediblər. Onlar müəyyən ediblər ki, respondentlərin beyninin dörd bölgəsində boz maddənin sahəsi genişlənib. Bu səbəbdən iştirakçıların beyin performansı daha 6 faiz artıb.

  "Bütün iştirakçılarda beyin atrofiyasının (qidalanmanın olmaması) qlobal mənzərəsi var idi. Ona görə musiqi müdaxilələrinin beyni cavanlaşdırdığı qənaətinə gələ bilmərik. Onlar yalnız beynin müəyyən nahiyələrində qocalmanın qarşısını ala bilir, amma beyin yaşla bağlı getdikcə atrofiyaya uğrayır", - deyə araşdırma rəhbəri qeyd edib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.