Sağlam həyat
Maraqlı

Sağlam həyat

Dondurma yeyərkən niyə başımız ağrıyır?

Yay mövsümündə ən çox qəbul etdiyimiz qidalardan biri dondurmadır. Dünyanın ən populyar deserti hesab edilən bu qida öz şirinliyi   soyuqluğu ilə yayın ən qızmar günlərində ürəklərimizə  sərinlik  verir. Lakin unutmamalıyıq ki, dondurma özü ilə bərabər, həm risklər, təhlükələr gətirə bilər. Belə ki, bu qida tez bir müddətdə yeyildikdə baş nahiyəsində qəfil ağrıların yaranmasına səbəb olurBəs bu ilə əlaqəlidir?

Dondurma yeyərkən yaranan baş ağrısına "beyin donması" (Brain Freeze) deyilir. Tez zamanda həddindən artıq soyuq şəkildə yeyilən bu qida sonradan baş nahiyəsində ağrılara səbəb ola bilir.

Alimlər bu ağrının səbəbini baş nahiyəsinin anidən sürətli bir şəkildə soyumasına qarşı beynin reaksiyasının olduğunu deyirlər. Həmin nahiyəni yenidən isitmək istəyən bədən qan axınında ani bir artım yaşayır kinəticədə qan damarları qəfil genişlənir. Qan damarlarının qəfil genişlənməsi isə  baş nahiyəsində yaranan ağrıya səbəb olur. Tədqiqatçılar bunun zərərli olmadığını bildirsələr dondurmanın yavaş-yavaş istehlak edilməsini tövsiyə edirlər.

 

Uzunömürlü insanların oxşar cəhətləri

Boston Universiteti Tibb Fakültəsinin tədqiqatçıları 100 ildən çox yaşayan insanların DNT-sində oxşarlıqlar aşkar ediblər. Aparılan yeni araşdırma zamanı məlum olub ki, uzunömürlü  insanlar  unikal immun sisteminə malikdirlər.

İndiyə qədər aparılan araşdırmaların nəticələri göstərir ki,   qocalmanın ən böyük əlamətlərindən biri immunitet sisteminin düzgün işləməməsidir. Belə ki, immunitet hüceyrələri xəstəliklərdən qorunmaq uzunömürlülüyü təşviq etmək üçün xidmət edən mühüm mexanizmlərin əsasını təşkil edir.

Bu yaxınlarda "EBioMedicine" akademik jurnalında dərc edilən yeni araşdırmada 100 yaşdan yuxarı 7 nəfərin qanında dövr edən immun hüceyrələrinin geniş kateqoriyası olan periferik qanın mononüvəli hüceyrələrində (PBMCs) molekulları qiymətləndirmək üçün təkhüceyrəli ardıcıllıq təhlil olunub. Tədqiqatçılar daha sonra müxtəlif hüceyrə növlərinin nisbətinin daxili fəaliyyətinin yaşla necə dəyişdiyini analiz etmək üçün qabaqcıl hesablama üsullarından istifadə ediblər. Onlar yalnız 100 ildən artıq yaşayanlara xas olan hüceyrə tipinin tərkibində funksiyasında dəyişikliklər aşkar ediblər ki, bu da yaşla əlaqədar normal immun reaksiyanı əks etdirir.

Tədqiqatın müəllifi Tanya Karagiannis bildirib ki, bu məlumatlar 100 yaşdan yuxarı insanların xəstəliklərdən sağalmalarına həddindən artıq çox yaşamalarına imkan verən qoruyucu faktorlara malik olduğunu sübut edir.

Alimlər belə qənaətə gəliblər kiinsanlar həyatları boyu infeksiyalara yoluxub sağaldıqca, onların immun sistemləri bu infeksiyalara uyğunlaşmağı öyrənir. Amma bu qabiliyyət adətən yaşla azalsa da, uzunömürlü insanların hüceyrələrində qalır.

 

Şirniyyat asılılığı olanlar oxusun!

Elə insanlar var ki, adətən səhər yeməklərində şirniyyat yeməklə kifayətlənirlər. Belə hallarda isə çox zaman evdə bişirilən şirniyyat olmadıqda mağazadan alınma simit, bulka kimi un məmulatlarına üstünlük vermək məcburiyyətində qalırlar. Bu yaxınlarda aparılan araşdırma zamanı məlum olub kisözügedən məhsulların - xüsusilə  səhər  yeməklərində çay şirniyyat ikilisinin istehlakı insan orqanizminə böyük təhlükə yarada bilər.

Məlumdur ki, emal edilmiş ya sadə karbohidratlar orqanizm üçün zərərli hesab edilir. Bunlara çörək, pizza xəmiri, makaron, xəmir məmulatları, un, düyü kimi bir çox məhsullar daxildir. Çox az qida dəyərinə malik olan karbohidratlar iştah hormonlarına təsir edərək piylənməyə yol açır. Üstəlik yüksək glisemik indeksə malik olduqları üçün  tez həzm edilir    qan şəkəri səviyyəsində qeyri-sağlam dalğalanmalara, daimi yorğunluğa səbəb olur.

Tədqiqatlar göstərir ki, çox yüksək miqdarda şirniyyat məhsulları yeyən şəxslərin ürək xəstəliyinə tutulma riski az yeyənlərə nisbətən 2-3 dəfə yüksəkdir. Bundan əlavə şəkər beynin dopamin ifraz etməsinə səbəb olur ki, bu da asılılığa meyilli insanlar üçün yüksək dərəcədə təhlükəli sayılırEmal edilmiş karbohidratlar, həmçinin  immun sistemi xərçəng hüceyrələri üçün yüksək risk faktorları hesab edilir.

 

Yüksək qan təzyiqinin bir səbəbi bu imiş

Elm adamları müəyyən ediblər ki, bədəndə bir çox funksiyaları yerinə yetirən steroid hormonu olan - kortizolun normadan artıq olması  yüksək qan təzyiqi çəki artımına səbəb ola bilər.

Məlumat üçün qeyd edək ki, kortizol, adrenal korteksdə istehsal olunan bir hormondur. Bədəni stresdən qoruyur, qan təzyiqi səviyyəsini tənzimləyir zülal, yağ, karbohidrat mübadiləsində iştirak edir. Bədənin davamlı olaraq kifayət qədər enerji ilə təmin edilməsinə cavabdeh olan bu hormon, xüsusilə güclü zehni ya fiziki stress şəraitində  daha çox istehsal olunur. Aparılan araşdırmaların nəticələri göstərib ki, həddindən artıq kortizol yüksək qan təzyiqi, şəkərin səviyyəsinin artmasına   piylənməyə yol aça bilər.

"İnsan orqanizminin kortizola ehtiyacı var. Bununla belə, hormonun həddindən artıq olması yalnız xoşagəlməz simptomları təhrik etmir, həm səhhəti pisləşdirir. Gücsüzlük, halsızlıq, yorğunluq, tükənmə hissi yaradır. Bu şəkildə, sinir sistemi bədənin məruz qaldığı  artıq yükə reaksiya verir. Həddindən artıq stress hormonu ürək döyüntüsünü bununla da qan təzyiqini artırır. Yüksək kortizol artıq çəkili insanlarda maddələr mübadiləsini pozduğu üçün insan az yesə çəkisi artır. Belə halda müayinə müalicə mütləqdir", - deyə tədqiqatçılardan biri qeyd edib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".