Heydər Əliyev və müasir dövlət quruculuğu
Siyasət

Heydər Əliyev və müasir dövlət quruculuğu

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin demokratik hüquqi dövlət quruculuğu sahəsində oynadığı müstəsna rolu obyektiv şəkildə dəyərləndirmək üçün yeni müstəqil Azərbaycan dövlətinin təşəkkül tarixinin ictimai-siyasi baxımdan səciyyəvi xüsusiyyətlərini araşdırmağa inkişaf yolunu təhlil etməyə ehtiyac vardır. Ulu öndərin anadan olmasının 100 illiyi ərəfəsində, "Heydər Əliyev İli"ndə bu mövzu xüsusi aktuallığı ilə seçilir. Belə ki, Azərbaycanda dövlət dövlətçilik anlayışlarının əsl mahiyyəti, ilk növbədə ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dönəmdəki fəaliyyətində öz əksini tapmışdır.

Öncə qeyd etmək vacibdir ki, Heydər Əliyevin dövlətçilik siyasətinin ana xəttini həyatın bütün sahələrini əhatə edən çoxşaxəli fəaliyyət istiqamətlərinə uyğun olaraq milli mənəviyyatın formalaşması, tarixi soy-kökə qayıdış azərbaycançılıq prinsipləri təşkil etmişdir. Ciddi işgüzar keyfiyyətlər tələb edən fenomenal üslubu onun hələ Sovetlər Birliyi dövründən bəri topladığı zəngin idarəçilik təcrübəsinə söykənirdi. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi birinci dövr - 1969-1982-ci illər müasir Azərbaycanın inkişaf tarixinə ilk dönüş mərhələsi kimi yazılmışdır. Belə ki, məhz həmin illərdə müəyyənləşmiş fundamental strateji istiqamətlər sonrakı müstəqillik dövrünün sosial-iqtisadi bazasına çevrildi. Ümummilli lider keçmiş SSRİ miqyasında Azərbaycanı ən geridə qalmış müttəfiq respublikadan mərkəzdən iqtisadi asılılığı olmayan öncüllər sırasına çıxarmağa nail olmuşdu. Ölkəmizdə nəhəng sənaye müəssisələrinin tikilməsi, hərbi məktəblərin açılması, bütün sahələr üzrə yüksəkixtisaslı milli kadrların hazırlanması, respublikanın misli görünməyən iqtisadi dirçəlişı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda o dövrə qədərki vaxtda mövcud olan neqativ meyillərin təhlili, cəmiyyətimizdəki rüşvətxorluq, korrupsiya hallarının etiraf olunması sağlam mütərəqqi milli təfəkkürün formalaşmasına əvəzsiz töhfə vermiş ittifaq miqyasında böyük əks-sədaya səbəb olmuşdu.

Sonrakı mərhələdə SSRİ-nin ali hakimiyyət orqanlarında mühüm siyasi postlarda Siyasi Büronun üzvü Nazirlər Soveti Sədrinin birinci müavini vəzifələrində çalışdığı zaman Heydər Əliyev Sovet İttifaqı kimi nəhəng bir ölkənin çox mühüm strateji sahələrinə rəhbərlik etmişdi. Buraya sosialist düşərgəsi ölkələri ilə əlaqələr, Yaxın Şərq problemlərinin həlli məsələləri, Uzaq Şərq, Mərkəzi Cənub-Şərqi Asiya, Latın Amerikası ölkələri ilə qarşılıqlı münasibətlər kimi geniş spektrli problemlərin idarə edilməsi daxil idi. İqtisadiyyatın ən çətin sahələrindən sayılan ağır yüngül sənaye, dəmir yolu, nəqliyyat, tikinti, habelə səhiyyə, təhsil, gənclərlə işlə bağlı mühüm məsələlər bilavasitə onun nəzarəti altında olmuşdur. Məşhur Baykal-Amur Magistralı da məhz onun ardıcıl səyləri nəticəsində uğurla tikilib başa çatdırılmışdır.

Heydər Əliyev hər zaman olduğu kimi, burada da öz xalqına, amallarına prinsiplərinə sədaqətini, dünya miqyasında yüksək nüfuzunu qoruyub saxlaya bilmişdi. O, Kremldəki yüksək mövqeyindən məharətlə istifadə edərək respublikamızda xalq təsərrüfatının inkişafını təmin etmək üçün Sov.İKP MK-nın SSRİ Nazirlər Sovetinin mühüm qərarlarının qəbul edilməsinə nail olmuş Azərbaycanın mərkəzi büdcədən asılılığını minimuma endirərək, demək olar ki, müstəqil fəaliyyətini təmin etmişdir. Yuxarıda göstərilən tarixi reallıqlar Heydər Əliyevin gəldiyi nəticənin inkarolunmaz həqiqət olduğunu bir daha sübut edir: "Azərbaycanın Sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır".

 

Məhz Heydər Əliyevin yorulmaz, məqsədyönlüardıcıl qətiyyətli mübarizəsi nəticəsində respublikamız hərtərəfli inkişafa nail oldu, ictimai-siyasi sabitlik, sülh əmin-amanlıq bərpa edildi, demokratiyanın inkişafı, hüququn aliliyi, beynəlxalq birliyə inteqrasiya, bazar iqtisadiyyatı vətəndaş cəmiyyəti quruculuğuna keçid prosesi gerçəkləşdiBu baxımdan, dünyanın siyasi arenasında müstəqil subyektə çevrilmiş Azərbaycanda milli dövlətçilik ənənəsinin formalaşması, ilk növbədə, Heydər Əliyevin tarixi xidməti kimi dəyərləndirilməlidir. Çünki məhz onun yenilməz siyasi iradəsi sayəsində dövrün tələblərinə uyğun sistemli inkişaf modeli yaradılmış müstəqil Azərbaycan Respublikasının gələcək taleyi müəyyənləşmişdir.

 

Təəssüf ki, Heydər Əliyevdən sonra Azərbaycana rəhbərlik etmiş şəxslərin kölə psixologiyası, prinsipsizliyi, qətiyyətsizliyi düşünülməmiş kor-koranə addımları respublikanı getdikcə tənəzzülə doğru apardı. Xüsusilə, Kremlin əlaltısına çevrilmiş dövlətçilik anlayışından bixəbər Əbdürrəhman Vəzirovun rəhbərliyi dövründə Azərbaycan dərin iqtisadi siyasi böhrana yuvarlanmışdı. Cəmiyyət tərəfindən Heydər Əliyev fenomeni bu fonda ölkəmizi həmişə daxili xarici təhlükələrdən mühafizə edə biləcək əsas amil kimi dəyərləndirilirdi. Ona görə 1987-ci ildə Kremldən uzaqlaşdırıldıqdan sonra respublikada başlayan müstəqillik çağırışları ilə müşayiət olunan xalq hərəkatı həm ona göstərilən ədalətsiz münasibətə etirazın təzahürü idi. 1987-ci ildə Heydər Əliyev Moskvada istefa verdikdən dərhal sonra ittifaqın ermənipərəst rəhbərləri keçmiş Dağlıq Qarabağda separatçı hərəkətlərə rəvac verdilər. Bu, həm 1988-ci ildə 300 minədək soydaşımızın Ermənistandan kütləvi deportasiyası ilə nəticələndi. Sonrakı hadisələrin gedişi onu deməyə əsas verir ki, məhz bu hadisələr o dövrdə Azərbaycanın milli-azadlıq hərəkatına təkan verən əsas amillərdən biri olmuşdur. AXC-Müsavat cütlüyü isə antimilli xəyanətkar mövqeyi ilə bu hərəkara yamaq kimi qoşularaq hakimiyyəti ələ keçirmək üçün fürsət axtarırdı. Çox keçmədi ki, Azərbaycanda dərinləşməkdə olan ictimai-siyasi böhran, hakimiyyətdə olan Ayaz Mütəllibovun qorxaqlığı həmçinin "cəbhəçi"lərin təxribat xarakterli davranışları Sovet qoşunlarının Bakıya yeridilməsi 1990- il qanlı 20 Yanvar faciəsi ilə nəticələndi. Bu hadisəyə ilk olaraq kəskin etirazını bildirən, ən cəsarətli obyektiv siyasi qiymət verən Heydər Əliyev oldu. O, əsl liderə məxsus mövqeyini ortaya qoydu həyatı üçün real təhlükələrdən çəkinmədən Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək oradan beynəlxalq aləmə tarixi bəyanat ünvanladı. Bu çıxışdan ruhlanmış Azərbaycan xalqının milli-azadlıq hərəkatı daha da vüsət aldı. Bu gün Azərbaycan cəmiyyəti birmənalı olaraq o fikirdədir ki, əgər həmin dövrdə Heydər Əliyev Azərbaycanın rəhbərliyində olsaydı Qarabağ işğal olunardı, ki, ölkəmiz müstəqilliyinin ilk illərində iqtisadi siyasi böhran yaşayardı. Təəssüf ki, biz bu tarixi şansdan yararlana bilmədik onun acı nəticələrini gördük.

Əslində, o zaman Azərbaycan xalqı Heydər Əliyevi hakimiyyətdə görmək arzusu ilə yaşayırdı, öz nicatını onda görürdü. Amma, təəssüf ki, o zaman iqtidarda olan milli xəyanətkarlar hər vəchlə buna mane olurdular. Moskvadan Bakıya gəlməsinə mərkəzi hakimiyyət, Bakıda qalmasına isə yerli hakimiyyət imkan vermirdi. Ona görə 1990- ilin iyulunda gizli yollarla Bakıya gələn Heydər Əliyev iki gündən sonra Naxçıvana getdi. Həmin il noyabrın 17- Muxtar Respublikanın Ali Məclisinin sədri seçildikdən sonra siyasi fəaliyyətini orada davam etdirməyə, faktiki olaraq blokada vəziyyətinə düşmüş Naxçıvanın ağır problemləri ilə məşğul olmağa başladı. Məhz həmin illərdə təzahür edən ekstremal vəziyyətlərdə Heydər Əliyev əsl dövlət adamı, lider kimi fövqəladə keyfiyyətlərini nümayiş etdirdi. O, yüksək səviyyəli dövlətçilik idarəçilik nümunələri ilə böyük dövlətlərin diqqətini Naxçıvanın problemlərinə cəlb etməyə nail oldu.

O dövrdə bir-birini əvəzləyən tarixi proseslər fonunda Heydər Əliyevin siyasi fəaliyyətini təhlil edərkən belə qənaətə gəlmək mümkündür ki, ulu öndər hələ çox illər bundan öncə SSRİ-nin tezliklə süquta uğrayacağını Azərbaycanın müstəqil dövlət kimi təşəkkül tapacağını görürmüş. Bu nəticə ən yeni tarixin real yekunu ilə bir daha təsdiqlənir dahi strateq Heydər Əliyev fenomeninin böyüklüyünü təcəssüm etdirir. Lakin bu istiqamətdə həlledici proseslər 1990-1991-ci illərdə cərəyan etməyə başlamışdır. İqtidarın Xalq Cəbhəsi liderlərinin başı hakimiyyət uğrunda mübarizəyə qarışdığı həmin dövrdə Heydər Əliyev Naxçıvandan Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizəsinə rəhbərlik edirdi. Ulu öndərin müdrik, uzaqgörən siyasəti sayəsində muxtar respublikanın adından "Sovet Sosialist" sözləri çıxarıldı, 1990- il noyabrın 17- Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında vəsatət qaldırıldı.

Zaman keçdikcə Azərbaycanın inkişaf strategiyasının ideoloji sütununa ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılması da həmin dövrə təsadüf edir bu, Heydər Əliyev ideyalarının daha bir təntənəsidir. Belə ki, xalqı milli mənafelər üzərindən azərbaycançılıq ideologiyası ətrafında birləşdirmək məqsədilə yaradılmış bu təşkilat öz fəaliyyəti ilə siyasi-ideoloji mübarizənin sivil qaydalarla aparmağın doğru yolunu müəyyənləşdirə bilmişdir.

1991-ci ilin avqustunda Moskvada dövlət çevrilişinə cəhddən sonra SSRİ-nin parçalanması prosesi daha da gücləndi. Müttəfiq respublikalar bir-birinin ardınca öz suverenliklərini elan etdilər. Bu proses Azərbaycanda hərbi-siyasi vəziyyətin daha da mürəkkəbləşməsinə yol açdı. Respublikanın ərazi bütövlüyü mərkəzi hakimiyyət orqanları tərəfindən təmin edilməli olduğu halda Naxçıvan Muxtar Respublikasının müdafiəsinin təşkili bütünlüklə Heydər Əliyevin üzərinə düşmüşdü. Ulu öndər Naxçıvan əhalisini potensialını öz ətrafında birləşdirərək dövlətçilik təcrübəsini istedadını yenidən ortaya qoydu Naxçıvana qarşı istiqamətlənmiş erməni təcavüzünün genişlənməsinin qarşısını almağa müvəffəq oldu. Üstəlik, Ermənistanın işğalçılıq siyasəti Heydər Əliyevin Naxçıvandan atdığı çevik diplomatik addımlar sayəsində beynəlxalq aləmdə kifayət qədər qınandı qarşı tərəfi öz davranışlarına məsuliyyətlə yanaşmağa sövq etdi. Nəticədə Ermənistan rəhbərləri müxtəlif vasitələrlə Heydər Əliyevlə əlaqə saxlayaraq danışıqlar aparılmasına müzakirələr yolu ilə gərginliyin aradan qaldırılmasına hazır olduqlarını bildirdi. Bu, Ermənistan-Azərbaycan münaqişəsi tarixində presedent idi.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ilk illəri Heydər Əliyevin timsalında mətanət siyasi iradənin bənzərsiz nümunələri ilə zəngindir. 1991-ci ilin oktyabrında Azərbaycan öz dövlət müstəqilliyinin elan etsə , SSRİ-dən miras qalmış hüquq sistemi qanunlar hüquqi demokratik cəmiyyət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq azadlıqlarının müdafiəsinə təminat vermirdi. Cəmiyyətin gələcək inkişafı hüquq sahəsində islahatların həyata keçirilməsini, tamamilə yeni mütərəqqi demokratik dəyərlərə əsaslanan hüquq məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılmasını tələb edirdi.

1991-ci ilin oktyabrında formal olaraq müstəqillik aktına imza atmış Azərbaycan bu tarixi nailiyyəti itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə ki, o dövrdə ölkə daxilindəki vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurmalar nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə almışdı. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar isə əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.

Digər tərəfdən təcavüzkar Ermənistanın ölkəmizə qarşı torpaq iddiaları ilə müşayiət olunan Dağlıq Qarabağ problemi ağır yük kimi Azərbaycanın başı üzərində dururdu. Hər kəsin var gücü ilə xarici düşmənə qarşı həmrəylik nümayiş etdirməli olduğu belə bir şəraitdə ayrı-ayrı mafioz qruplarda birləşmiş hakimiyyət hərisləri isə özlərinin şəxsi maraqlarına xidmət edən fəaliyyətlə məşğul idilər. Azərbaycanın o dövrdəki hakimiyyətinin səriştəsizliyi qorxaqlığı, siyasi səbatsızlığı bir tərəfdən, xəyanətkar AXC-Müsavat cütlüyünün antimilli mövqeyi isə digər tərəfdən vəziyyəti daha da mürəkkəbləşdirmişdi.

Bundan sonrakı mərhələdə - 1992-ci ilin yaz aylarından başlanan daxili hərc-mərclik, siyasi qüvvələrin çəkişməsi cəbhə bölgəsinin nəzarətdən kənar qalmasına Qarabağ savaşında ermənilərin üstünlüyü ələ almasına gətirib çıxardı. Başqa sözlə, AXC-Müsavat cütlüyü Qarabağ kartından istifadə etməklə, konkret olaraq, Şuşa Laçın rayonlarını xaincəsinə erməni işğalçılarına təslim etməklə Ayaz Mütəllibovu devirərək hakimiyyəti faktiki olaraq zəbt etdi.

Oktyabr ayında isə "cəbhəçi"lər antimilli qüvvələrin fəaliyyətini tənqid edən Heydər Əliyevi fiziki olaraq aradan götürmək Naxçıvanda qanuni hakimiyyət orqanlarını devirmək niyyəti ilə təxribat törətdilər. Lakin hər zaman olduğu kimi, cəsarət siyasi iradə nümunəsi göstərən ulu öndərin prinsipial mövqeyi xalq tərəfindən birmənalı şəkildə dəstəkləndi bu xain cəhdlərin qarşısı qətiyyətlə alındı. Heydər Əliyev isə müdrik mövqe sərgiləyərək öz çıxışlarında ümummilli məqsədlər uğrunda birliyə çağırış edirdi: "Biz çalışmalıyıq ki, hamı bir yumruq kimi birləşsin. Biz həm düşmən təcavüzünün qarşısını almalıyıq, həm maddi sosial böhran içərisində yaşayan xalqımızın həyat tərzini yüksəltməyə çalışmalıyıq".

AXC-Müsavat siyasi tandeminin üzü bir il ərzində hakimiyyətdə olduğu zaman bəlli oldu. Daxili xarici siyasətdə buraxılan səhvlər onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirdi. Xalq aclıq səfalət içində idi. Ölkənin maliyyə imkanları tamamilə tükənmişdi. O səbəbdən ki, cəbhəçilər Heydər Əliyevin ötən əsrin 70-80-ci illəri ərzində yaratdığı fundamental nailiyyətləri qısa müddətdə məhv etmişdilər, sərvətlər talan edilmiş, işbazlar tərəfindən xaricə satılmışdı. Ümumiyyətlə, ölkə kriminal, mafioz qruplar, silahlı birləşmələr tərəfindən idarə olunurdu.

Qarabağ məsələsi milli maraqlar çərçivəsindən çıxaraq şəxsi mənafe predmetinə çevrilmişdi. Kəlbəcər rayonunun da bütövlükdə işğalı nəticəsində Dağlıq Qarabağ faktiki olaraq Ermənistanla birləşdi. Beləliklə bu hadisələr yarıtmaz fəaliyyəti davranışları ilə xalq içində tamamilə nüfuzdan düşmüş AXC-Müsavat hakimiyyətinin biabırçı sonunu yaxınlaşdırdı. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev AXC-Müsavat cütlüyünün xəyanətkar mahiyyətini bir daha ifşa edərək onu səciyyələndirən məqamlarla bağlı demişdir: "...Xalq Cəbhəsi-Müsavat hakimiyyəti bunun günahkarıdır. Onlar bu xəyanəti törətdilər, ondan sonra da qorxaqcasına qaçıb gizləndilər, fərarilik etdilər, Şuşanı satdılar... Xalq Cəbhəsi - Müsavat ancaq hakimiyyətə gəlmək üçün xəyanət, satqınlıq, cinayət törədib... Sonra da Azərbaycanda talançılığı dövlət siyasətinə çevirib, rüşvətxorluğu öz ideoloji prinsipi elan edib, satqınlığı, fərariliyi Azərbaycan xalqının tarixinə bir ləkə kimi yapışdırıb. Xalq Cəbhəsi-Müsavat satqınları xalqımızı dünyanın gözü qarşısında rəzil etmişlər, biabır etmişlər".

Beləliklə, hakimiyyətdə olmalarına baxmayaraq, dövlətçilikdən anlayışı olmayan avantürist Müsavat-AXC cütlüyünün həyata keçirdiyi səbatsız daxili onun davamı olan xarici siyasət kursu Azərbaycanın başına gələn bəlaların əsas səbəbi idi. Rusiya hərbi birləşmələrinin ölkə ərazisindən çıxarılması Rusiyanın Azərbaycana münasibətdə məlum sərt mövqeyinin formalaşmasında öz sözünü dedi, belə ki, məhz həmin illərdə Rusiyanın himayəsi ilə torpaqlarımızın Ermənistan tərəfindən işğalı həyata keçirildi. Bundan savayı, Müsavat-AXC cütlüyünün mövcud şəraitə adekvat olmayan məqamda "Cənubi Azərbaycan" problemini qabartması nəticəsində İranla da münasibətlər son dərəcə kəskinləşdi. Bu siyasətin nəticəsində faktiki olaraq Azərbaycan həm şimaldan, həm cənubdan ağır təzyiq altına düşdü. Qardaş Türkiyə ilə qarşılıqlı münasibətlər inamsızlıqla müşayiət olunmağa başladı. ABŞ Konqresi isə Azərbaycanı dövlət səviyyəsində hər cür yardımdan məhrum edən "907-ci əlavə"ni qəbul etdi.

Hakimiyyət uğrunda daxili çəkişmələrin kulminasiya nöqtəsi kimi Gəncə şəhərində baş vermiş 1993- il 4 iyun hadisələri respublikanı faktiki olaraq real vətəndaş müharibəsinə sürüklədi. Ölkədə hakimiyyətsizlik xaos hökm sürürdü. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Çünki bu böyük insan ümumxalq inamını, etibarını artıq o zamanadək xalqına sədaqətli, şərəfli xidməti ilə qazanmışdı. Ulu öndərin obyektiv tarixi zərurət kimi 1993- ilin iyun ayında ölkə rəhbərliyinə gəlişi Azərbaycanın qurtuluş təqvimi, ölkənin inkişaf strategiyasının dönüş nöqtəsidir. Belə ki, sələflərindən çox ağır bir mirası qəbul etməsinə baxmayaraq, ulu öndər Azərbaycanı dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etməyə nail olmuşdur.

 

Heydər Əliyevin praqmatik xarici siyasəti nəticəsində dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət yetirməyə başladılar. Ulu öndər Qərb demokratiyası ilə Şərq dəyərlərinin bənzərsiz sintezini özündə əks etdirən yeni nəsil müasir dövlət modelini formalaşdırmağa müvəffəq oldu. Bu siyasətin bariz nəticəsidir ki, bu gün Azərbaycan öz tolerantlığı multikultural dəyərləri ilə dünyanın bütün digər ölkələrinə təkrarsız nümunədir.

 

1991-ci ilin oktyabrında Azərbaycan öz dövlət müstəqilliyini elan etsə , SSRİ-dən miras qalmış hüquq sistemi qanunlar hüquqi demokratik cəmiyyət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq azadlıqlarının müdafiəsinə təminat vermirdi. Cəmiyyətin gələcək inkişafı hüquq sahəsində islahatların həyata keçirilməsini, tamamilə yeni mütərəqqi demokratik dəyərlərə əsaslanan hüquq məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılmasını tələb edirdi.

Azərbaycanda dövlət orqanlarının fəaliyyətini dövlətçiliyi bərpa etmək məqsədilə 1993- il oktyabr ayının 3- keçirilən prezident seçkiləri nəticəsində xalqın dərin etimadı ilə ölkə Prezidenti seçilən ümummilli lider Heydər Əliyev ölkəmizin inkişaf paradiqmalarını dövrün xüsusiyyətlərinə zamanın tələblərinə müvafiq olaraq dəqiq müəyyənləşdirdi. 1994- ilin mayında cəbhədə atəşkəsə nail olduqdan sonra neft strategiyasına start verilməsi nəticəsində iqtisadi dirçəliş mümkün oldu. Daxildəki pozucu qüvvələrin neytrallaşdırılması ilə ölkədə sabitlik bərpa olundu.

Təsadüfi deyil ki, 1993- ildə ulu öndərimiz qarşıya qoyduğu vəzifələri belə bəyan etmişdi: "Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir". Bütün işlərində ardıcıl olan qarşıya qoyduğu məqsədlərə nail olan ulu öndər 1997-ci ildə bu fikri inkişaf etdirərək söyləmişdir: "Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir".

Məhz Heydər Əliyevin yorulmaz, məqsədyönlü, ardıcıl qətiyyətli mübarizəsi nəticəsində respublikamız hərtərəfli inkişafa nail oldu, ictimai-siyasi sabitlik, sülh əmin-amanlıq bərpa edildi, demokratiyanın inkişafı, hüququn aliliyi, beynəlxalq birliyə inteqrasiya, bazar iqtisadiyyatı vətəndaş cəmiyyəti quruculuğuna keçid prosesi gerçəkləşdi. Bu baxımdan, dünyanın siyasi arenasında müstəqil subyektə çevrilmiş Azərbaycanda milli dövlətçilik ənənəsinin formalaşması, ilk növbədə, Heydər Əliyevin tarixi xidməti kimi dəyərləndirilməlidir. Çünki məhz onun yenilməz siyasi iradəsi sayəsində dövrün tələblərinə uyğun sistemli inkişaf modeli yaradılmış müstəqil Azərbaycan Respublikasının gələcək taleyi müəyyənləşmişdir.

1995-ci ildə ulu öndərin təşəbbüsü bilavasitə rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul olunması ilə ölkənin hüquqi, dünyəvi dövlətçilik modelinin əsas hüquqi bazası bərqərar oldu. Milli qanunvericiliyimizin təkmilləşdirilməsi beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atıldı. Hakimiyyətin qolları arasında qarşılıqlı əlaqələrin sistemli şəkildə formalaşması nəticəsində bütün istiqamətlərdə çevik səmərəli fəaliyyət üçün real zəmin yarandı.

Əsrə bərabər cəmi 10 il ərzində müstəqil Azərbaycan Respublikasının sükanı arxasında duran Heydər Əliyevin praqmatik xarici siyasəti nəticəsində dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət yetirməyə başladılar. Ulu öndər Qərb demokratiyası ilə Şərq dəyərlərinin bənzərsiz sintezini özündə əks etdirən yeni nəsil müasir dövlət modelini formalaşdırmağa müvəffəq oldu. Bu siyasətin bariz nəticəsidir ki, bu gün Azərbaycan öz tolerantlığı multikultural dəyərləri ilə dünyanın bütün digər ölkələrinə təkrarsız nümunədir.

Azərbaycanın müstəqillik dövründə əldə etdiyi ciddi uğurlar, sürətli iqtisadi inkişaf yolu ilə bölgədəki stabil lider mövqeyi məhz ulu öndərin müəyyən etdiyi dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi ilə bilavasitə bağlıdır. Azərbaycan Respublikasında 2023- ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyilir: "Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir... Müstəqil Azərbaycan ulu öndərin indiki gələcək nəsillərə əmanəti, onun zəngin çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir".

44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər məhz Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın dinamik inkişafını, ərazi bütövlüyünün bərpasını xalqın xoşbəxt gələcəyini hədəfləyən müasir mütərəqqi dövlətçilik ənənələrinə sədaqətin məntiqi nəticəsidir. Onun ən ümdə vəsiyyətinə əməl edərək xalqın sarsılmaz həmrəyliyinə arxalanaraq tarixi torpaqlarımız olan Qarabağı Şərqi Zəngəzuru düşmən tapdağından azad etmiş Prezident İlham Əliyev bu gün ulu öndərin siyasi kursunu yeni çağırışlara uyğun əzmlə, uğurla inkişaf etdirməkdədir.

Bu gün Azərbaycan cəmiyyəti indiyə qədər görünməmiş böyük sürətlə inkişaf edir. Belə şəraitdə ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa uyğun olaraq insan hüquq azadlıqlarına təminat verən demokratik, hüquqi dövlət vətəndaş cəmiyyətinin formalaşması prosesi Prezident İlham Əliyev tərəfindən yeni çağırışlar fonunda, yeni keyfiyyətdə ardıcıl surətdə davam etdirilməkdədir.

 

Əli HÜSEYNLİ,

Milli Məclis sədrinin birinci müavini,

Parlamentin Hüquq siyasəti

dövlət quruculuğu komitəsinin sədri.