İki ölkənin iqtidar partiyasının birgə əməkdaşlığı
Siyasət

İki ölkənin iqtidar partiyasının birgə əməkdaşlığı

Şimali Makedoniya Türk Demokratik Partiyasının sədri Beycan İlyas Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına məktub ünvanlayıb. Məktubda Makedoniya türklərinin milli və dövlət bayramı olan 21 Dekabr - Türkcə Təhsil Günü münasibətilə göndərilən xoş təbrikə görə Yeni Azərbaycan Partiyası və Azərbaycan xalqına minnətdarlıq ifadə edilib.

Bildirilib ki, hər iki ölkə öz tarixinin ən mühüm anlarını yaşayır. Böyük Türk dünyasının ən nüfuzlu dövlət xadimlərindən biri olan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin etmiş, regionun ən qüdrətli dövlətləri sırasında öz yerini tutmuşdur.

Məktubda, həmçinin 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində YAP-ın namizədi olan Prezident İlham Əliyevə tam dəstək ifadə edilib. Partiya sədri eyni zamanda xalqımızı qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edib, birgə əməkdaşlıq istiqamətində hər iki ölkənin aparıcı partiyasına uğurlar arzulayıb.

“Respublika”.