Reklam və elanlar

"İnnovasiyalar Mərkəzi" MMC TƏKLİFLƏR SORĞUSU ELAN EDİR

Nəqliyyat vasitələrinin satın alınması.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən malgöndərənlər (podratçılar) satınalma predmeti üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən rekvizitlərə - köçürdükdən sonra müsabiqə əsas şərtlər toplusunu əldə edə və təkliflərini təqdim edə bilərlər.

Ödəniş üçün rekvizitlər:

İnnovasiyalar Mərkəzi MMC-nin vöeni: 1502467501

Benefisiarın bank: Kapital Bank ASC Mərkəz filialı

Filialın kodu: 200026

Bank VÖEN: 9900003611

SWIFT kod: AIIBAZ2XXXX

Müxbir hesab: AZ37NABZ01350100000000001944

İban: AZ68AIIB40090019440132828102

Valyuta: AZN

İştirak haqqı: 500 manat

Malgöndərənlər (podratçılar) tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;

lMüvafiq vergi orqanı tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Məktubun əsli skan olunmuş şəkildə və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notariusda təsdiq olunmuş forması təqdim edilməlidir.

2. Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (vergi Bəyannaməsi);

lVergi orqanının rəsmi blankında və ya elektron təqdim olunmuş sənədin üzərində "əsli ilə düzdür" göstərilməlidir, yaxud notarial təsdiq olunmuş formatda təqdim edilməlidir.

3. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

lTender elanı tarixindən sonrakı tarixə bank tərəfindən təqdim olunmalıdır - məktubun əsli təqdim edilməlidir.

4. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;

lMüvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Məktubun əsli rəsmi blankda və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması təqdim edilməlidir.

5. İddiaçının Nizamnaməsi;

lŞirkətin Nizamnaməsi (əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə) notarial təsdiq olunmuş formada təqdim edilməlidir.

6. Qeydiyyatdan keçdiyi ölkə;

lŞirkətin Dövlət reyestrindən çıxarış (əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə) və vöeni notarial təsdiq olunmuş formada təqdim edilməlidir.

7. İddiaçının rekvizitləri;

lŞirkətin bank hesabı, hüquqi və faktiki ünvanı göstərilməklə rəsmi blankda imzalı - təsdiq olunmuş formada təqdim edilməlidir.

8. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;

lMüvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Sənədin əsli rəsmi blankda və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş formada təqdim edilməlidir.

9. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd;

lMüvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Məktubun əsli rəsmi blankda və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş formada təqdim edilməlidir.

10.  İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;

lStatistika komitəsi tərəfindən əldə edilmiş olmalı sənəd təsdiq olunmuş formada təqdim edilməlidir.

11. Tender təklifi;

12. Tender təklifinin təminatı.

lİxtisas uyğunluğuna dair sənədlər:

a) Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi

İddiaçının yerinə yetirilmiş analoji işlər üzrə bağladığı müqavilələr haqqında məlumat;

Minik tipli Nəqliyyat vasitəsi satışı ilə bağlı azı 1 oxşar iş görülməsi təcrübəsinə malik olmalıdır. İddiaçı bununla bağlı olaraq müqavilələr və təhvil təslim aktlarını təqdim etməlidir.

Sənədlər Azərbaycan tərtib olunmalıdır (başqa xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Siyahısı yuxarıda göstərilmiş və iddiaçının tender təklifini təşkil edən sənədlər Tender Komissiyasına aşağıdakı qaydada çatdırılmalıdır:

İddiaçının texniki təklifi əsli və surəti eyni bir zərfə qoyulmaqla, qiymət təklifini əsli və surəti digər zərfə qoyulmaqla zərfləri imzalayıb möhürləyirlər, sonra isə texniki və qiymət təklifləri olan zərfləri başqa bir xarici zərfə qoyub, xarici zərfi imzalayıb və möhürləyib Əsas Şərtlər Toplusunun Məlumat Xəritəsində göstərilmiş vaxtdan gec olmayaraq göstərilmiş ünvana göndərirlər.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin təminatı ilə birlikdə 28.11.2023-cü il tarixdə saat 16:00-a qədər Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Həsən Əliyev küçəsi 36, 5-ci mərtəbə) "İnnovasiyalar Mərkəzi" MMC-nin ofisinə (Telefon: 012-444-74-44/daxili 2669) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 29.11.2023-cü il tarixdə saat 16:00-da Bakı şəhəri, Həsən Əliyev küçəsi 36, 5-ci mərtəbə "İnnovasiyalar Mərkəzi" MMC-nin ofisində açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI.